AZ   |   RU
"Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri yaxın zamanda İrana gələcək"

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti əməkdaşlığın davam etdirilməsi variantlarının müzakirəsi məqsədilə yaxın iki həftə ərzində İrana səfər edə bilərlər. 


Missiya.Az xəbər verir ki, bunu İranın XİN nümayəndəsi İsmayıl Bəqai jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. 


“Yaxın 2 həftə ərzində BAEA məmurlarının İrana səfər edəcəyi və bizimlə texniki aspektləri müzakirə edəcəkləri gözlənilir”, - deyə o həftəlik brifinq zamanı vurğulayıb. 


Xatırladaq ki, bir neçə gün bundan öncə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) texniki heyətinin yaxın həftələrdə Tehrana səfər edəcəyini bildirmişdi.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 13:15