AZ   |   RU
Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb

“Naftoqaz” şirkətlər qrupu SOCAR qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqda ilk sazişini bağlayıb.


Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” QSC-nin İnteqrasiya edilmiş Kommunikasiyalar Departamenti məlumat yayıb.


"Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Bu, həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - deyə "Naftoqaz" şirkətinin baş direktoru Sergey Koretski vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:46