AZ   |   RU
Rusiyada 50-dən çox reys təxirə salınıb

Rusiyada Kalininqradın Xrabrovo hava limanında 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib. 


Missiya.Az xəbər verir ki, ləğvlər Moskva, Sankt-Peterburq, Perm, Saratov reyslərinə təsir edib, Kirov, Sankt-Peterburq və Moskvaya 17 reys, Volqoqrad, Kirov, Moskva və Sankt-Peterburqa isə 37 reys gecikir. 


Xrabrovonun mətbuat xidməti həmin gün səhər saatlarında sərnişinləri Sankt-Peterburqun Pulkovo hava limanında hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər barədə xəbərdar edərək belə tədbirlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını izah edib.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 10:23