AZ   |   RU
Cənubi Koreya hələ də Şimali Koreya ilə barışmaq niyyətində olduğunu bildirir

Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə münasibətlərdə gərginliyi azaltmağa çalışmaqda davam edəcək.


Missiya.Az xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byung-sam iyulun 28-də bildirib.


"Cənubi Koreya hökuməti sakit və ardıcıl olaraq Koreyalararası barışıq və əməkdaşlığa, həmçinin Koreya yarımadasında qarşılıqlı sülhə nail olmaq üçün səy göstərəcək", - "Yonhap" xəbər agentliyi onun sözlərindən sitat gətirib. 


Nazir iki ölkə arasında “yüksək inamsızlıq divarları”ndan danışaraq, münasibətlərin yaxşılaşdırılması istiqamətində əlavə addımların atılmasının vacibliyini təkid edib.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 10:02