AZ   |   RU
Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmerin Qəzzadakı vəziyyəti həll etmək üçün bu həftə Nazirlər Kabinetini fövqəladə iclas çağıracağı bildirilir.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 


Baş nazirlik ofisinin 10 nömrəli mənbələri Starmerin bu həftə Nazirlər Kabinetinin iclası keçirəcəyini və sentyabrın 1-dək yay tətilində olan nazirlərin Qəzza böhranını müzakirə etmək üçün bir araya gələcəklərini bildirib. 


Baş nazirlik mənbələri Böyük Britaniyanın baş nazirinin Fələstin dövlətinin tanınması üçün artan təzyiqlərdən sonra kabineti ilə Qəzzadakı vəziyyəti müzakirə edəcəyini qeyd edib.


Həmçinin bildirilib ki, Britaniya hökuməti Yaxın Şərqdəki vəziyyətin həllinə kömək etmək üçün atacağı addımları yaxın günlərdə müəyyənləşdirəcək. 


Habelə Baş nazir Starmerin bu gün Şotlandiyada ABŞ Prezidenti Donald Trampla görüşündə Qəzzadakı vəziyyətlə əlaqədar mövzunu qaldıracağı gözlənilir.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Bu gün, 09:35