AZ   |   RU
Bu gün "Ümumdünya Hepatit Günü"dür

2010-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Hepatit Birliyi (DHP) tərəfindən 28 iyul bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə çəkmək məqsədilə “Dünya Hepatit Günü” kimi təyin olunub. 



Missiya.Az xəbər verir ki, həmin günün məhz iyulun 28-də qeyd edilməsi hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır. 


Sözügedən tarix “Ümumdünya Hepatit Günü”qlobal ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyi barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir. 


Araşdırmalara görə gigiyena qaydalarına diqqət edilmədiyi zaman çox sürətlə yayılan hepatit xəstəliyinin 7 novu var. Hepatit A, Hepatit E, Hepatit F virusları qida maddələrinə bulaşaraq insan orqanizminə daxil olur. Hepatit B, Hepatit C, Hepatit D, Hepatit G virusları isə müxtəlif təmaslarla insan orqanizminə bulaşır. Hepatit C Virusu (HCV), bu virusların içərisində ən təhlükəlisi hesab edilir.


Adı çəkilən xəstəliyə qarşı bütün dünyada, o cümlədən Azərbaycanda ciddi mübarizə tədbirləri və maarifləndirmə həyata keçirilir.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Bu gün, 09:25