Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 984 yeni yoluxma faktı qeydə alınıb, 1 748 nəfər müalicə olunaraq sağalıb.
Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 608 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 582 243 nəfər müalicə olunaraq sağalıb, 8 149 nəfər vəfat edib. 17 668 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 440, bu günə qədər isə ümumilikdə 5 718 629 test icra olunub.