AZ   |   RU
Azərbaycanda 160 mindən çox uşağa görə aliment ödənilir

“İcra xidmətinin icraatında 700 mindən çox icra sənədləri varsa, onlardan 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. İcraatda olan icra sənədlərinin 30-35 faizdən çoxunu borc tələbləri təşkil edir.".

Missiya.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova “Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda feysbukda keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, bunların sayı ilbəil artmaqdadır: “Aliment işlərində uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə alimentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub. Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son il yarım ərizində 130 milyon manatdan çox aliment tələbkarlara ödənilib”.


  • 16-12-2021, 16:01