AZ   |   RU
Qarabağ və Zəngəzur Azərbaycanda kimlərə gərək deyil? – “Nicatın sözü”

Bu gün əslinə başqa bir mövzuya müraciət etmək istəyirdim. Lakin Bakıda növbəti dəfə icazəsiz aksiyaya cəhd olunması mövzunu dəyişmək zərurəti yaratdı.
 

Diqqət etmisinizsə, hər dəfə dövlət maraqlarımızın təmin olunması xüsusunda hansısa proses başlayan kimi, buradakı siyasət dəllaları  dərhal hərəkətə keçirlər. Azərbaycan adına uğurlu gedişata, Dövlət başçısının qətiyyəti və dəqiq ölçülüb-biçilmiş siyasəti nəticəsində nüfuzlu beynəlxalq təşçkilatların Azərbaycanın mövqeyini dəskəlməyə meyillənməsinə əngəl yaratmaq və ən əsası, ölkənin adını ləkələmək məqsədilə müxtəlif kampaniyalara və aksiyalara başlayırlar. İstədikləri və çalışdıqları odur ki, Azərbaycanın adı ancaq qaramat hesabatlarda görünsün...
 
Bu adamlara Qarabağ gərək deyil!
 
Bu adamlar Azərbaycanın vətən mühaqribəsində zəfər qazanmasını belə həzm edə bilmirlər!  
 
Bilirsinizmi niyə? Bu uğurların müəllifi İlham Əliyevbdir, ona görə. Bu dövlətin də, dövlətin başçısının da hesabına müsbət xəlların yazılaması, hamısına dərd yükü yaradır. “Kaş bizim prezidentimiz Paşinyan olaydı” deyənlərdən tutumuş, Paşinyanla oxşar mövqe nümayiş etdirib, onu, siyasi əqidəsinə görə insanları zindanlarda çürüdən, özünə, hökumətinə qarşı təşkil olunmuş aksiyaların amansızcasına dağıdılmasına göstəriş verən, fərqli fikir dilə gətirənləri təqib etdirib ən yaxşı halda məhkəmə qapıları arasında süründürən, işğal olunmuş torpaqlarımızın dinc yolla qaytarılması ilə razılaşmayıb müharibəyə səbəb olan, Rusiya ilə Amerika arasında haça-paça vəziyyətində qalmış bir klounu bizə demokratiya mücahidi kimi təqdim edənlərə qədər hamısının məqsədi birdir: Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin güclənməsinin qarşısını almaq, beynəlxalq təşkilatların düzənlədiyi müzakirələrdə, danışıqlar masasında dövlətimizi və dövlətimizin başçısını çətin vəziyyətə salmaq.
 
Bu gün Bakıda nöbəti dəfə razılaşdırılmamış etiraz aksiyasına cəhd etdilər. Niyə məhz dekabrın 15-də? Çünki Azərbaycan Prezidenti Brüsseldədir. İlham Əliyev dövlətin maraqlarını təmin etmək, müharibədən sonra icrasına başlanmış böyük planı reallaşdırmaq uğrunda mücadilə aparır. Avropa İttifaqı Şurasının Prezidenti ilə, NATO-nun baş katibi ilə olduqca mühüm görüşlər keçirir. Dövlət başçısı NATO-nun Şimali Atlantika Şurasının iclasında, Şərq Tərəfdaşlığı Proqramının Sammitində iştirak edib. Bakıda sabah da, o biri gün də aksiya keçirə bilərdilər, amma yox, mütləq Prezident Avropada olduğu vaxt hay-həşir salmalıydılar ki, Brüsseldə Ermənistanı sülh sazişinə məcbur etməyə çalışan, Azərbaycanın ərazi bütövlüyünü tanımaq, öhdəlikləri yerinə yetirməkdən başqa yolunun qalmaması həqiqətini anladan, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən Azərbaycanın maraqlarına cavab verən bəyanatın səslənməsinə nail olmuş İlham Əliyevə kimsə orada nəsə bir irad bildirsin. Buna deyirlər dövlət maraqlarına qarşı cəbhə açmaq...

 İndi mən sizə hamının anlayacağı tərzdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda əksini tapan məsələrdən danışacam.
 
Beləliklə,             
 
- Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu, o anlam kəsb edir ki, Azərbaycan tərəfinin dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və bundan sonra bütün nəzərlər gələcəyə yönəlməlidir.
 
- Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, da birmənalı şəkildə Azərbaycan Prezidentinin təklif etdiyi sülh müqaviləsinə dəstək nümunəsidir.
 
- Bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vaacibliyi vurğulanır. Bu da sözssüz ki, Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Söhbət dəhlizlərin açılması, kommunikasiyanın bərpa olunmasından gedir.
 
- Sənəddə Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunur. Bundan başqa, Dəmir yolu xəttinin salınması xüsusi olaraq önə çəkilir. Bu da  Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Biz də bunu istəmirikmi?

 
Daha sonra sənəddə humanitar minatəmizləmə səylərinə də dəstək ifadə olunur, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin zəruriliyi  qeyd edilir. Bu da olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də qaranlıqdır.
 
Avropa İttifaqı Şurasının Prezidenti həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da qurumun dəstək verəcəyini bildirib, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifini irəli sürüb.  O da qeyd olunub ki, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqının iqtisadi və investisiya resursları vasitəsilə də dəstək veriləcək.
 
Budur Dövlət siyasəti! Budur sözün həqiqi mənasında ağıllı siyasətin nəticəsi. Ermənistanı dalana dirənməsi, Azərbaycanı müharibədən sonra yaratadığı yeni reallıqların ən yüksək səviyyələrdə qəbul olunmasıdır bu.

 
Təəssüf ki, bütün bu uğurlara kölgə salmaq, bu uğurları hava kimi sinəsinə çəkmək istəməyən azərbaycanlılar da var...
 
Dövlət ancaq siyasətin dili ilə danışır. Başqa dil, başqa leksikonu qəbul etmir. Etsəydi, yəqin ki, belə deyərdi:
Ay məndən olub, mənə oxşamayanlar, insafınız olsun...  
 
Naxələf övladlara atalar bəzən belə deyirlər...
 
Nicat Dağlar
Missiya TV/Missiya.Az


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.    

  • 16-12-2021, 15:54