b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1589281590_04.jpg

Daxili İşlər Nazirliyi Bakıda “BMW” markalı avtomobilin dərədən vurularaq aşırılması ilə bağlı açıqlama yayıb.

Missiya.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılmasını əks etdirən videogörüntülərlə bağlı araşdırma aparılıb:

“Bakıxanov qəsəbə sakini Zamin Babayev polisə ərizə ilə müraciət edərək, ona məxsus “BMW” markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib. Zamin Babayev qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib və maşını yoxlamaq məqsədilə aparıb, lakin daha sonra qaytarmayıb. 

O bildirib ki, Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də avtomobili dərədən aşırıb”.

Suraxanı rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınır.

Qeyd edək ki, sözügedən videonu sosial şəbəkədə jurnalist Nurlan Cəfəri paylaşıb.


28 Oktyabr 2020 Düşmənin atıb qaçdığı hərbi texnikasının görüntüləri - VİDEO
13 Oktyabr 2020 Müdafiə Nazirliyi Hadrutdan görüntülər yaydı - VİDEO
09 Oktyabr 2020 Türk jurnalistlər Cəbrayil rayonundan unikal kadrlar çəkib - VİDEO
07 Oktyabr 2020 Canlı yayımda Ermənistandan raket atıldı, Ordumuz dərhal məhv etdi - VİDEO
30 Sentyabr 2020 Düşmənin ehtiyat qüvvələrinin məhv edildiyi görüntülər - ANBAAN VİDEO
24 Sentyabr 2020 Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO
01 Sentyabr 2020 “Xan” “Lotu Quli”ni öldürdükdən sonra belə qaçıb - VİDEO
31 Avqust 2020 Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO
26 Avqust 2020 Azərbaycanda ödənişli yol - Pulunu ver, saatda 120 km-lə sür - VİDEO
20 Avqust 2020 Kürdəmir icra başçısının aldığı rüşvətin məbləği açıqlandı - Başçı belə saxlanıldı - VİDEO
11 Avqust 2020 Azərbaycanlı cütlük karantin şəraitində belə evləndi - VİDEO
08 Avqust 2020 Sumqayıtda hamilə qadın dənizdə batdı - Hadisə yerindən VİDEO
28 İyul 2020 Yeni Təhsil naziri ailə üzvləri ilə birlikdə - VİDEO
22 İyul 2020 ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - FOTO
17 İyul 2020 Azərbaycanlılarla ermənilər arasında əlbəyəxa dava - Yaralı var - VİDEO
11 İyul 2020 Şəruru sel basıb: yollar və körpülər dağılıb - VİDEO
24 İyun 2020 AzTV-nin aparıcısı koronavirusa yoluxub - VİDEO
10 İyun 2020 Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində - VİDEO
01 İyun 2020 Polisdən nümunəvi addım: Yolu bağladı, yaşlı piyadaya kömək etdi - VİDEO
30 May 2020 Bakıda “Taxta bazarı”nda yanğın - VİDEO