b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579235072_baki-taksi.jpg

Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək.

Artıq bu taksilərin sifarişi verilib. Hazırda taksilərdən biri nümunə üçün ölkəmizdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksisi" gətirib.

Missiya.Az xəbər verir ki, avtomobil elektriklə işləyir.

Bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərzində bu taksilərin sayı 100-ə çatdırılacaq.

''Bakı Taksi Xidməti'' MMC-nin baş direktoru Fuad Əliyev deyib ki, bu taksilər müasir texnologiyalar ilə təchiz edilib.

Bununla yanaşı, bu taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşmələri üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər android sistemlə də təchiz olunub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində elektriklə işləyən bu cür taksilərə tələbat artıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.



24 İyun 2020 AzTV-nin aparıcısı koronavirusa yoluxub - VİDEO
10 İyun 2020 Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində - VİDEO
01 İyun 2020 Polisdən nümunəvi addım: Yolu bağladı, yaşlı piyadaya kömək etdi - VİDEO
30 May 2020 Bakıda “Taxta bazarı”nda yanğın - VİDEO
15 May 2020 90 km/saat sürət limiti olan maşın 104 km/saat sürətlə radara düşdü - VİDEO
13 May 2020 Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
12 May 2020 “BMW”ni dərədən aşıran “Kürd Elnur”la bağlı açıqlama - VİDEO
05 May 2020 Bakıda küçədə qadına hücum edildi - ANBAAN VİDEO
29 Aprel 2020 Azərbaycanda koronavirusdan sağalan qadın danışdı: "Qorxmayın..." - VİDEO
04 Mart 2020 Tanınmış teleaparıcının villasında oğurluq: Unitaza kimi aparıblar - VİDEO
02 Mart 2020 Türkiyə ordusunun cavab zərbələri - Ruslar silahları atıb qaçdılar - VİDEO
26 Fevral 2020 Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO
21 Fevral 2020 ARB TV-nin canlı yayımında gərginlik: "Pulumu ver" - VİDEO
19 Fevral 2020 Türkiyədə azərbaycanlı qız üstündə dava düşdü - VİDEO
18 Fevral 2020 Bəhram Bağırzadə Nikol Paşinyanı parodiya etdi - VİDEO
14 Fevral 2020 Rusiyada məktəbliləri daşıyan avtobus alışıb yandı - VİDEO
13 Fevral 2020 Türkiyəli blogerin Ermənistanda qarşılaşdığı qəribə mənzərə - VİDEO
04 Fevral 2020 Azyaşlı oğlan qadını zorlamaq istərkən öldürüldü (18+VİDEO)
03 Fevral 2020 Polis gəncləri bu görüntülərə görə həbs etdi - VİDEO
31 Yanvar 2020 Bakıda kişi yolun ortasında rəqs edib, maşınlara təpik atdı - VİDEO