b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2020-03-16-16-59-file.jpg
“Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı. Əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi”.
 
Missiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün Prezident İlham Əliyevin qəbulunda olan zaman bildirib.
 
Onun sözlərinə görə, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi:
 
“Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da, əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.
 
Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır” .
 
S.Babayev qeyd edib ki, aparılan islahatların nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin olundu:
 
“İlk dəfə olaraq dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarıldı - 150 milyon manatı büdcə paketinin dürüstləşməsi çərçivəsində ilin ortasında, 170 milyon manatı isə ilin sonunda.
 
Əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edildi ki, bu da cari ildəki pensiya islahatlarına yönəldilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarında qaldı.
 
Yəni ümumilikdə, 520 milyon manat fərq meydana çıxdı ki, bu da pensiya sisteminin sağlamlaşması nöqteyi-nəzərindən çox önəmlidir. Bir vacib indikator da odur ki, dövlət öhdəliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən Pensiya Fonduna ayrılan vəsait onun gəlirlərində əgər 2017-ci ilin sonunda 38 faiz təşkil edirdisə, artıq 2020-ci ildə bu, 29 faizə düşübdür.
 
Beləliklə, Pensiya Fondunun müstəqilləşməsi ilə büdcə asılılığının azaldılması istiqamətində ciddi irəliləyiş əldə edilibdir”.


06 Aprel 2020 Əhaliyə spirtlə bağlı ciddi XƏBƏRDARLIQ
02 Aprel 2020 HƏYƏCAN TƏBİLİ! Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO
31 Mart 2020 Kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA
31 Mart 2020 Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı
31 Mart 2020 Dövlət koronovirusa görə tələbələrə də pul verəcək - RƏSMİ
20 Mart 2020 Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir - RƏSMİ
17 Mart 2020 Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
05 Mart 2020 Sürücülərə XƏBƏRDARLIQ: Sürət həddi endirildi - SƏBƏB
04 Mart 2020 Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
04 Mart 2020 İlham Əliyevdən 4 rayonla bağlı 8,19 milyonluq SƏRƏNCAM
03 Mart 2020 Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib
03 Mart 2020 Maaşlar artırılacaq - YENİ TƏKLİFLƏR
02 Mart 2020 “Sədərək” ticarət mərkəzi su altında qaldı - VİDEO
02 Mart 2020 Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
02 Mart 2020 Bu ərazidən köçürülənlərə əlavə pul verilib - RƏSMİ
25 Fevral 2020 Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
25 Fevral 2020 Sabah Bakıda bu yollar bağlanacaq
21 Fevral 2020 Sabaha olan hava proqnozu açıqlandı
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
17 Fevral 2020 Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi