b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1578472588_1323071ddf.jpg

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə, eyni zamanda sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Missiya.Az-a verilən məlumata görə, bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

24 Yanvar 2020 Bakıda axşam saatlarında qısamüddətli sulu qar yağacaq
23 Yanvar 2020 Bu sahədə işləyənlərin maaşı artırılır - əlavə 570 manat - CƏDVƏL
21 Yanvar 2020 Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
21 Yanvar 2020 Azərbaycanda bu xəstəxanalar pulsuz oldu - SİYAHI
20 Yanvar 2020 Bakıda temperatur 0 dərəcəyə qədər düşəcək - QAR YAĞACAQ?
15 Yanvar 2020 Sabah intensiv qar yağacaq, şaxta olacaq
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək
03 Yanvar 2020 Azərbaycanın şimalına güclü qar yağdı: maşınlar yollarda qaldı
25 Dekabr 2019 Bakıda bu avtobuslar səhərə qədər işləyəcək - SİYAHI
20 Dekabr 2019 Dekabrın 23-ü qeyri-iş günü olacaq?
19 Dekabr 2019 Azərbaycanda səhiyyə pulu ola bilər - RƏSMİ AÇIQLAMA
18 Dekabr 2019 Sənədsiz evlərlə bağlı MÜJDƏ - VİDEO
17 Dekabr 2019 2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM
17 Dekabr 2019 Azərbaycanda bu stansiyalar köçürüləcək - RƏSMİ
16 Dekabr 2019 Gələn il pensiya yaşı artırılır - Belə olacaq - CƏDVƏL
13 Dekabr 2019 Əhaliyə hava ilə bağlı xoş xəbər
12 Dekabr 2019 Məktəblərdə bayram tətili neçə gün olacaq? - RƏSMİ
12 Dekabr 2019 Dönərxanalara yararsız toyuq əti paylayan sexdən İYRƏNC GÖRÜNTÜLƏR
09 Dekabr 2019 Azərbaycana faktiki hava - 9 sm qar yağıb