b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1576135493_b59afbac-6742-4647-8aef-1a620b06fb28.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.

Missiya.Az xəbər verir ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1576135465_922bc834-7b3b-4013-ba2b-6dcc5e7b2277.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1576135526_bc46af45-f36f-47ec-97da-f5e382576cd8.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1576135512_fc3ff63d-7c38-44f3-814b-be42cbe14b87.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1576135456_d4570190-c0c3-48dc-b0be-ba53414deada.jpg

 



23 Yanvar 2021 Azərbaycanda son sutkada 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 2021 Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa...
23 Yanvar 2021 Azərbaycanda "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlanacaq
22 Yanvar 2021 Nazir: "11 500 tələbəyə sosial yardım göstərilib"
21 Yanvar 2021 Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqləndi
20 Yanvar 2021 Gürcüstanda 20 Yanvar şəhidləri anılıb - VİDEO
19 Yanvar 2021 "Azərsu" abunəçilərə müraciət edib
19 Yanvar 2021 Temperatur gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq
19 Yanvar 2021 Koronavirus xəstələrinə radiasiya şüaları verildi
18 Yanvar 2021 Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
18 Yanvar 2021 Peyvənd olunan Oqtay Şirəliyevdən açıqlama: "Vaksin kifayət qədər təhlükəsizdir"
16 Yanvar 2021 Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
16 Yanvar 2021 Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü
15 Yanvar 2021 Yoluxanların sayı bu gün də azaldı
15 Yanvar 2021 Dünyada koronavirusdan ölənlərin sayı 2 milyonu ötdü
14 Yanvar 2021 “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
14 Yanvar 2021 Koronavirusla bağlı SON STATİSTİKA
13 Yanvar 2021 BNA-nın yeni layihəsi test rejimində işə salındı - VİDEO
13 Yanvar 2021 Yoluxanların sayı azaldı
13 Yanvar 2021 Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən tövsiyə