b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1574828285_tibbi.jpg
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunmasına 5-10 il vaxt sərf olunan İcbari Tibbi Sığorta sisteminin Azərbaycanda gələn il mərhələli tətbiqi təklif edilib.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi sistemin mərhələli tətbiqinin vətəndaşlar üçün daha faydalı və effektiv olacağını açıqlayıb. Yanvar ayının 1-dən prosesə şimal bölgəsini əhatə edən 20 rayonda start veriləcək. Ən son isə yeni sığorta növü Bakı, Sumqayıt və Abşeron rayonlarında tətbiq ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın mərhələli şəkildə ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib. Təkliflərdə icbari tibbi sığortanın ölkə üzrə 4 mərhələdə tətbiqi nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyinin departament direktoru Vüqar Qurbanov bildirir ki, prosesə hər mərhələdə 20-yə yaxın rayon qoşulacaq.

qurumun rəsmisiicbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinin səbəblərini də açıqlayıb. bildirib ki bununla regionlarda yaşayan əhalinin ehtiyacları daha çox nəzərə alına biləcək və yerlərdəki tibb müəssisələrinin maddi texniki bazasının daha da gücləndirilməsi mümkün olacaq.

Prosesin nə qədər geniş olduğunu izah etmək üçün təkcə onu demək kifayət edər ki, icbari tibbi sığorta üçün 3000-dən çox tibb müəssisəsini hərtərəfli hazırlamaq lazımdır ki, bunların da 438-i xəstəxanadır. Xəstəxanalarda bütün sistem dəyişəcəyindən tibbi personalın yeni proqram təminatı eləcə də yeni metodlara öyrəşməsi üçün də kifayət qədər zamana ehtiyac var. Vüqar Qurbanov bildirir ki, ilin əvvəlindən icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonlarda başlanan hazırlıqlar demək olar yekunlaşmaq üzrədir.

Vüqar Qurbanov şimal bölgəsində yaşayan vətəndaşları tibb müəssisələrinə yaxınlaşarkən şəxsiyyət vəsiqəsindən istifadə etməyə çağırıb. Onun sözlərinə görə bir müddət sonra şəxsiyyət vəsiqəsi olmadan tibbi xidmət almaq mümkün olmayacaq. İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində həkimlərin maaşları yüksələcəyindən özəl klinikalarda çalışan təcrübəli həkimlərin böyük bir qismi də dövlət xəstəxanalarına qayıdacaq. Bu isə vətəndaşlara daha yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinə səbəb olacaq.

Onu da qeyd edək ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi xidmətlər zərfi hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

06 Dekabr 2019 Bu şəxslər Azərbaycandakı universitetlərdə ödənişsiz təhsil alacaqlar
03 Dekabr 2019 Bakıda bu marşrutda gediş haqqı artdı
02 Dekabr 2019 Sürücülərin nəzərinə - Sizi aldada bilərlər, diqqətli olun! - VİDEO
29 Noyabr 2019 Sabahdan avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
28 Noyabr 2019 Şaxta olacaq, yağış yağacaq
26 Noyabr 2019 Bu avtomobillərin ölkəyə gətirilməsinə MƏHDUDİYYƏT qoyula bilər
25 Noyabr 2019 I və II sinifdə ev tapşırıqları ləğv edilsin - Deputatdan təklif
23 Noyabr 2019 Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq
22 Noyabr 2019 “XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTO
20 Noyabr 2019 Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək
18 Noyabr 2019 Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək - FOTO
18 Noyabr 2019 Lənkəranda insan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO
15 Noyabr 2019 Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - Sürücülərin nəzərinə!
13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
12 Noyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
12 Noyabr 2019 33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
12 Noyabr 2019 Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
07 Noyabr 2019 "PDL" şirkətinə qarşı ittihamlar təsdiqlənmədi - "Böhtandır"
07 Noyabr 2019 Bu şəxslərə pulsuz mənzillər verildi
06 Noyabr 2019 Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə keçirilir - FOTO