b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fbc0fc1c-3e20-4ad4-8394-eaa6a7ccd2e8_700x390.jpg

Sentyabr ayına olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağı gözlənilir.

Yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın , bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci və ikinci ongünlükdə qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 12-23 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 26-31, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-13 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 15-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23, bəzi günlərdə 26-31 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (34-50 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29, bəzi günlərdə 32-35 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (17-44 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-120 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 14-38 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 23-28, bəzi günlərdə 32-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 50-199 mm) gözlənilir.

13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
12 Noyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
12 Noyabr 2019 33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
12 Noyabr 2019 Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
07 Noyabr 2019 "PDL" şirkətinə qarşı ittihamlar təsdiqlənmədi - "Böhtandır"
07 Noyabr 2019 Bu şəxslərə pulsuz mənzillər verildi
06 Noyabr 2019 Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə keçirilir - FOTO
06 Noyabr 2019 Samir Şərifovdan maaş artımı ilə bağlı ŞAD XƏBƏR
31 Oktyabr 2019 “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir
30 Oktyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
29 Oktyabr 2019 Şuranın dəstəyilə ödənişsiz psixoloji və hüququ yardımlar göstəriləcək
28 Oktyabr 2019 Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə!
25 Oktyabr 2019 Boyu 160 sm-dən hündür xanımların nəzərinə - RƏSMİ
25 Oktyabr 2019 Bakıda bu yollar bağlıdır - XƏBƏRDARLIQ
23 Oktyabr 2019 Azərbaycanda ət satanlara - Şad xəbər
22 Oktyabr 2019 92 saylı avtobusun sürücüsündən kobud qayda pozuntusu - VİDEO
18 Oktyabr 2019 Gələn il pensiyaların məbləği bu qədər olacaq - Nazır açıqladı
16 Oktyabr 2019 Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
11 Oktyabr 2019 Nazir müavini: Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala biləcək
11 Oktyabr 2019 "Bakı Kart"dan istifadə edənlərə şad xəbər