b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_cvcfggddgdfddffd.JPG

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə AXCP funksioneri Fuad Qəhrəmanlı və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

Missiya.Az xəbər verir ki, DİN-in Mətbuat Xİdmətinin rəisi Ehsan Zahidov “report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Sosial mediada iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb.

Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olub Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar.

S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.

O ki qaldı Fuad Qəhrəmanlı ad və soyadlı şəxsin guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb.

Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır".



23 Sentyabr 2020 Qüdrət Həsənquliyevlə bağlı məsələ böyüyür - Cəzalandırıla bilər
23 Sentyabr 2020 Ordumuzun artilleriya bölmələri atəş açdı - VİDEO
23 Sentyabr 2020 Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırıb
22 Sentyabr 2020 Ceyhun Bayramovdan yüksək vəzifəyə TƏYİNAT
22 Sentyabr 2020 “Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
21 Sentyabr 2020 Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
21 Sentyabr 2020 “Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
18 Sentyabr 2020 Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
17 Sentyabr 2020 TƏHLÜKƏLİ OYUN! Rusiya Ermənistanı silahlandırır - Bakının müharibə hazırlığı - Həmsəsdlər niyə susur? - ŞƏRH
17 Sentyabr 2020 Sahibə Qafarova və Valentina Matviyenko Moskvada görüşəcəklər
16 Sentyabr 2020 Ermənilər Tərtərdəki mövqelərimizi atəşə tutub - RƏSMİ
15 Sentyabr 2020 Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi
15 Sentyabr 2020 İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu
15 Sentyabr 2020 İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
14 Sentyabr 2020 SENSASİON İDDİA: İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır
14 Sentyabr 2020 Əmircanda yeni park istifadəyə verildi - FOTO
10 Sentyabr 2020 Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
09 Sentyabr 2020 Türkiyəli general İdlibdə şəhid oldu
09 Sentyabr 2020 İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında
09 Sentyabr 2020 Prezidentdən səfərbərliklə bağlı SƏRƏNCAM