b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_106612288_3178243022292544_6093757987523322389_o.jpg

Azərbaycanın dövlət başçısı təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə müdaxilə etmək, dünyəvi proseslərin məcrasına təsir etmək imkanlarına malikdir

Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı çəkisini daha da artırdı.

Nümunələr yaradan donor ölkə

Ölkəmizin dünyadakı artan nüfuzuna əyani sübut kimi, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünə 130-dan çox dövlət tərəfindən dəstək verilməsini göstərmək olar.

Biz pandemiya dövründə İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin dünya ölkələri tərəfindən dəstəklənməsinə ilk dəfə şahidlik etmirik. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Ardınca aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Prezidentin hər iki təşəbbüsü çətin dövrdə qlobal həmrəylik və birlik nöqteyi-nəzərdən mühüm addım idi. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsləri dünya ölkələrini “özünəqapanma sindiromu”ndan xilas etdi və dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmağa ilhamlandırdı. Eyni zamanda, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal birliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib və 30-dan çox ölkəyə humanitar yardım göstərib. Bu vaxta qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə donor ölkə kimi ehtiyacı olan ölkələrə 10 milyon dollar dəyərində yardım edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdfgdgf.JPG

Dünyaya səs salmış çağırış

Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan videokonfransda Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələrinin də iştirak etməsi dövlət başçısının daha qlobal çağırışlarla çıxış etməsinə şərait yaratdı.
Azərbaycan Prezidenti videokonfransda dünya ölkələrinin koronavirus pandemiyasına qarşı birgə mübarizəsinin təşkili məqsədilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması barədə təşəbbüs irəli sürdü. Ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev bu quruma üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterresə müraciət ünvanladı. Qaydalara əsasən, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdən 97 ölkənin razılığı kifayətdir ki, hər hansı təşəbbüs əsasında Xüsusi Sessiya təşkil olunsun. Rəsmi məlumata görə, mayın 4-dən iyunun 27-nə qədər Azərbaycan Prezidentinin təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənib.

Xüsusilə qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu bir qurum heç də həmişə belə təklifləri qəbul etmir və nadir hallarda Baş Assambleyanın Xüsusi Sessiyası çağırılır.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1588602771164_r7m4jtyb.jpg

Qlobal müstəvidə Azərbaycanın yeri

Azərbaycan Prezidentinin təşəbbüsünün belə qısa zaman kəsiyində qəbul olunması heç şübhəsiz ki, onun dünya müstəvisindəki yüksək yerinin və mövqeyinin göstəricisidir. Bu həm də onu göstərir ki, Azərbaycanın dövlət başçısı təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə müdaxilə etmək, dünyəvi proseslərin məcrasına təsir etmək imkanlarına malikdir.

Beynəlxalq təhlükəsizliyə verdiyimiz töhfə

Bu gün ÜST və digər beynəlxalq təşkilatlar Azərbaycanda pandemiya dövründə icra olunan proqramları dünya ölkələrinə nümunə göstərir, ölkəmizdə koronavirusa qarşı sistemli mübarizə mexanizmlərinin tətbiq olunmasını yüksək qiymətləndirirlər. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsü dəyərləndirilərkən ölkəmizdə koronavirusla mübarizədə əldə olunan nəticələr də nəzərə alınıb. Ən əsası əlbəttə ki, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə veridiyi töhfələrdir. Bütün bunların arxasında isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət dayanır.

Ramin Əhmədov
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini



13 İyul 2020 "Ermənistanın köməyinə Moskva gəlməyəcək” - RUSİYADAN AÇIQLAMA
13 İyul 2020 Ordumuz düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO
11 İyul 2020 "Səhvim oldu, cənab Prezident də məni işdən azad etdi" - Arif Qasımov
11 İyul 2020 Prezident Cahangir Əsgərovla bağlı sərəncam imzaladı
10 İyul 2020 Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı - AÇIQLAMA
09 İyul 2020 İlham Əliyev açılış etdi - FOTO
08 İyul 2020 “Prezidentin ismarıclarından hər kəs özü üçün nəticə çıxarmalıdır…” – Qənirə Paşayeva
08 İyul 2020 Prezident bu şəxsi vəzifəsindən azad etdi
07 İyul 2020 Virusun yaratdığı iqtisadi gərginlik və Prezidentin verdiyi mühüm mesajlar – Azərbaycan vəziyyətdən necə çıxacaq?
06 İyul 2020 "Kifayət qədər boş çarpayılarımız var, ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq" - Prezident
06 İyul 2020 Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verdi
03 İyul 2020 "Xüsusi karantin rejiminin uzadılması pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb" - Sədaqət Vəliyeva
03 İyul 2020 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
02 İyul 2020 Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”
27 İyun 2020 “MTN-in belə əməkdaşı olmayıb” - DTX məlumat yaydı
27 İyun 2020 “Ermənistanın heç bir təxribatı cavabsız qalmayacaq” - XİN
25 İyun 2020 Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
25 İyun 2020 İlham Əliyevdən Təhsil Nazirliyi ilə bağlı SƏRƏNCAM
24 İyun 2020 İlham Əliyevdən Ziyad Səmədzadə ilə bağlı SƏRƏNCAM
23 İyun 2020 Prezident onları təltif etdi - SİYAHI