b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gggffhfhfhhghgh.JPG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Missiya.Az xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlət başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fggdfdfdggffg.JPG

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb.

Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdggtetertr.JPG

 


25 Sentyabr 2020 Azərbaycan Prezidenti Ermənistanla müharibə ehtimalından danışıb
24 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yaydı - VİDEO
24 Sentyabr 2020 Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ
23 Sentyabr 2020 Qüdrət Həsənquliyevlə bağlı məsələ böyüyür - Cəzalandırıla bilər
23 Sentyabr 2020 Ordumuzun artilleriya bölmələri atəş açdı - VİDEO
23 Sentyabr 2020 Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırıb
22 Sentyabr 2020 Ceyhun Bayramovdan yüksək vəzifəyə TƏYİNAT
22 Sentyabr 2020 “Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
21 Sentyabr 2020 Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
21 Sentyabr 2020 “Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
18 Sentyabr 2020 Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
17 Sentyabr 2020 TƏHLÜKƏLİ OYUN! Rusiya Ermənistanı silahlandırır - Bakının müharibə hazırlığı - Həmsəsdlər niyə susur? - ŞƏRH
17 Sentyabr 2020 Sahibə Qafarova və Valentina Matviyenko Moskvada görüşəcəklər
16 Sentyabr 2020 Ermənilər Tərtərdəki mövqelərimizi atəşə tutub - RƏSMİ
15 Sentyabr 2020 Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi
15 Sentyabr 2020 İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu
15 Sentyabr 2020 İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
14 Sentyabr 2020 SENSASİON İDDİA: İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır
14 Sentyabr 2020 Əmircanda yeni park istifadəyə verildi - FOTO
10 Sentyabr 2020 Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI