b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_4535-1568043420.jpg

Əslində, Ermənistan Xarici İşlər naziri (Zöhrab Mnatsakanyan) yeni heç bir fikir söyləməyib. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır.

Missiya.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildirib ki, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur. Sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var.

“Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni nazir görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param- parça olduğunu, adlarının məcburi köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox! Əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı,  münaqişənin həlli istiqamətində real addımlar atılardı”.

L.Abdullayeva bildirib ki, həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir.

“Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur. Həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur. Bunu da ən yaxşı Ermənistan bacarır”

12 Dekabr 2019 Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT
12 Dekabr 2019 YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb - SİYAHI
11 Dekabr 2019 Prezidentdən yeni TƏYİNAT - SƏRƏNCAM
11 Dekabr 2019 Prezident İlham Əliyev sərəncam İMZALADI
11 Dekabr 2019 YAP rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
10 Dekabr 2019 İlham Əliyev və İordaniya Kralının təkbətək görüşü olub - FOTO
10 Dekabr 2019 YAP seçkidə iştirakla bağlı qərar verdi
10 Dekabr 2019 Putin və Zelenski arasında görüş olub - FRANSADA
09 Dekabr 2019 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM
09 Dekabr 2019 Daha bir erməni təxribatı: Türkiyənin 20 şəhərinə göz dikdilər
09 Dekabr 2019 Azərbaycan Sankt-Peterburqda keçiriləcək foruma dəvət olunub
06 Dekabr 2019 İlham Əliyev: TRACECA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
06 Dekabr 2019 Prezident: "İnsanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"
05 Dekabr 2019 Parlamentə növbədənkənar seçkilərin vaxtı bilindi - Prezidentdən sərəncam
05 Dekabr 2019 Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
04 Dekabr 2019 Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib
04 Dekabr 2019 Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ
03 Dekabr 2019 Prezident İlham Əliyev daha bir məmuru işdən çıxardı
03 Dekabr 2019 İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO
02 Dekabr 2019 Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı