b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1562907354_tttttttttttttttttttt.jpg
"Azərbaycan tezliklə Qarabağı azad edə bilər. Sözsüz ki, Rusiya bu işdə Azərbaycana kömək olacaq”.
 
Missiya.Az xəbər verir ki, barədə erməni KİV-lərinə erməni politoloq Levon Şirinyan deyib.

”Azərbaycanın apardığı danışıqlar öz nəticəsini verib. Tezliklə  Rusiya Qarabağı Azərbaycana verə bilər. Bu ermənilər üçün qaçılmazdır. Çünki regionda Rusiyadan başqa himayədarımız yoxdur. Rusiya Azərbaycanı itirməmək üçün bu addımı atacaq və Qarabağı Azərbaycana hədiyyə edəcək”.- deyə erməni politoloq bildirib.

"Azərbaycan AİƏT-də üzvlük və ya müşahidəçi statusu almasını xarici siyasətdə ticarətin bir hissəsinə çevirmək istəyir. Azərbaycan təşkilatda üzv və ya müşahidəçi statusu almaq əvəzinə Rusiyadan Qarabağın "açarını” əldə etmək istəyir. 
 
RF-nin prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında MDB-yə üzv dövlətlərin rolunun əhəmiyyətini vurğulamaqla, ilk növbədə Tacikistan, Özbəkistan və Azərbaycanın roluna xüsusi önəm verib”, - deyə KİV-lər vurğulayır. 
 
Sonuncu dəfə bu məsələ ilə bağlı Putinin 2018-ci ilin yanvarında xüsusi bəyanatla çıxış etdiyini xatırladan erməni KİV-ləri, onun bu günlərdə KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan dövlətlərin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini Dövlət Dumasının təsdiqinə təqdim etdiyini qeyd edir: "Bir sıra ekspertlərin fikrincə, bu qanun layihəsinin təqdim edilməsi yeni proseslərin başlanğıcına işarə edir. Əslində, qeyd edilən bu 3 ölkənin müşahidəçi statusu alması məsələsi öz həllini tapmaqdadır.
 
AİƏT-də müşhidəçi statusu alması prosesi məsələsində yalnız Azərbaycanın problemi yarana bilər. Ermənistan öz səs hüququndan Azərbaycanın muşahidəçi statusu alması əleyhinə istifadə edə bilər. 
 
Nəzərə almaq lazımdır ki, zərurət olduğu halda Ermənistan təşkilata milli təhlükəsizliyə aid məlumatlar təqdim edir. Bu halda Azərbaycan bu məlumatları qismən də olsa əldə etmə imkanına malik ola bilər. 
 
Bu baxımdan Ermənistan Azərbaycanın müşahidəçi statusu almasının əleyhinə səs verməlidir. Amma burada problem ortaya çıxır. Təşkilatın böyük oyunçusu Rusiya Federasiyasının maraqlarına qarşı çıxmağa Ermənistanın yeni hakimiyyətinin iradəsi çatacaqmı? Son illərdə Rusiya hakimiyyətini razı salmaq üçün Ermənistanın yeni hakimiyyətinin mümkün hər şey etdiyinin şahidi olmuşuq. 
 
Ancaq nəzərə almaq lazımdır ki, Suriyaya qoşun göndərilməsi də Ermənistanın maraqlarına zidd idi. Buna baxmayaraq, Ermənistan hakimiyyəti Rusiyanın rəğbətini qazanmaq üçün, hətta parlamentin müvafiq icazəsi və hər hansı beynəlxalq müqavilə olmadan belə Suriyaya qoşun göndərməyə qərar verib”.
15 Noyabr 2019 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 2019 Almaniyadan Bakıya mühacir köçü başladı - Onlarla azərbaycanlı deport edildi
14 Noyabr 2019 Amerikalı senator "erməni soyqırımı" qanun layihəsini blokladı
14 Noyabr 2019 Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim etdi
14 Noyabr 2019 Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları - Əli Həsənovun yazısı
14 Noyabr 2019 Müxalifətin mühacir biznesi Almaniyada ifşa olundu - Həbs olunanlar var - SİYAHI
13 Noyabr 2019 Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verib
13 Noyabr 2019 Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM
13 Noyabr 2019 Siyavuş Novruzov: “Nə hadisə baş verib ki, piket keçirirlər?”
12 Noyabr 2019 Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı
12 Noyabr 2019 Nazarbayev Putinlə Zelenskini görüşdürür
12 Noyabr 2019 Bu ölkə Boliviyanın keçmiş prezidentinə sığınacaq verdi
11 Noyabr 2019 Boliviya prezidenti istefa verib
08 Noyabr 2019 Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB
08 Noyabr 2019 Prezidentin Bayraq Günü ilə bağlı paylaşımı - VİDEO
07 Noyabr 2019 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirdi
06 Noyabr 2019 İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı
06 Noyabr 2019 Müsavat Partiyası mitinqi təxirə saldı
06 Noyabr 2019 BŞİH mitinq müraciətinə cavab verdi
06 Noyabr 2019 Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı ayrılan KİV-lərin adları məlum olub