b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Dubay-emiri-oglanlari.jpg
Dubay əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Məktum iyunun 6-da üç oğluna birdən toy edib.

Missiya.Az xəbər verir ki, toy Dubaydakı Ümumdünya Ticarət Mərkəzində baş tutub. Qonaqlar isə əsasən ərəb ölkələrindən olan yüksək rütbəli xaricilər olub. Xəbərlərə görə əl-Məktumun sərvəti ilə müqayisə olunanda onun oğlanlarının toyu “xeyli təvazökar” hesab edilə bilər.

Toyda MDB-dən də yüksək mənsəbli qonaqlar iştirak ediblər. “Azadlıq” radiosunun özbək xidməti xəbər verir ki, Özbəkistan prezidentinin 10 yaşlı oğlu Əlişir Mirziyayev və prezidentin iki kürəkəni-Oybek Tursunov və Otabek Umarov, habelə dövlət başçısının nəvəsi Miromon toyda olublar.

Bu fakt prezidentin kürəkəni Otabek Umarovun İnstagram səhifəsində toydan foto yerləşdirməsi nəticəsində məlum olub. Fotoda görünür ki, Dubay əmiri əlini Mirziyayevin oğlunun çiyninə qoyub, Özbəkistan dövlət başçısının kürəkəni isə təzə bəylərdən birinin yanında dayanıb.

Özbəkistan prezidentinin böyük kürəkəni Oybek Tursunov prezident administrasiyası rəhbərinin birinci müavinidir, ikinci kürəkəni Otabek Umarov isə prezidentin təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini işləyir.

Özbəkistanın həm indiki, həm keçmiş hakim elitasının Dubay əmiri ilə sıx münasibətləri var. Prezident Mirziyayev bu ilin martında Dubaya səfər edib və Şeyx əl-Məktumla “məhsuldar” danışıqlar aparıb. Bu danışıqların nəticəsi olaraq Dubay Özbəkistana 10 milyard dollar yatırmağa razılaşıb.

Özbəkistanın həm indiki, həm keçmiş hakimiyyətinin nümayəndələrinin Dubayda villaları, əmirliyin banklarında hesabları var.

15 İyun 2019 Britaniya da İranı tankerlərə hücumda ittiham etdi
14 İyun 2019 Oman dənizində gəminin necə vurulduğu məlum oldu - DETALLAR
14 İyun 2019 DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq
12 İyun 2019 Səudiyyə Ərəbistanına irimiqyaslı HÜCUM: Onlarla yaralı var
12 İyun 2019 Ermənilər rayonlarımıza 8 mərmi atdı - TƏXRİBAT - RƏSMİ
12 İyun 2019 Şinzo Abe İran rəhbərliyi ilə danışıqlara yollandı
11 İyun 2019 "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"
11 İyun 2019 Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı - Milyonlar talanıb
11 İyun 2019 Prezidentdən təhsil müəssisələri ilə bağlı - Mühüm sərəncam
10 İyun 2019 Müdafiə naziri Zakir Həsənov Naxçıvana gedib
10 İyun 2019 Çin uyğurlara qarşı repressiya ilə bağlı xəbərlərə münasibət bildirdi
07 İyun 2019 Ərdoğanla Trampın tarixi görüşünün vaxtı açıqlandı
07 İyun 2019 Peskov: Putinlə Paşinyan Dağlıq Qarabağı müzakirə etməyib
07 İyun 2019 Erməni nazir istefa verdi
07 İyun 2019 ABŞ-dan Türkiyəyə ilk "S-400" zərbəsi - Təlimlər dayandırıldı - VİDEO
07 İyun 2019 Nazarbayev istefa səbəbini açıqladı
07 İyun 2019 Yəmən Səudiyyə Ərəbistanının ərazisinə girib – VİDEO
06 İyun 2019 Tramp Meksikanı hədələdi – Beş gündən sonra vədinə əməl edəcək
05 İyun 2019 III Dünya müharibəsi bu ölkədə başlayacaq
04 İyun 2019 İsrail prezidentinə ağır itki