b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_129370608_1026392354529221_6704544319344932032_n.jpg
Ermənistanın 16 müxalifət partiyası hazırkı baş nazir Nikol Paşinyanın yerinə vahid namizəd müəyyənləşdirib.

Missiya.Az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müxalifətin baş nazir postuna namizədi sabiq baş nazir, Milli-Demokratik İttifaqın sədri Vazqen Manukyandır. Məlumata görə, Manukyanın əsas vəzifəsi, keçid dövründə hökumətə rəhbərlik etmək və növbədənkənar seçkiləri təşkil etməkdən ibarət olacaq. Lakin onun özü və rəhbərlik etdiyi siyasi təşkilat seçkilərdə iştirak edə bilməz.

“Vazqen Manukyan keçid dövründə unikal arbitr rolunu oynamaqla, seçkidə bütün tərəflərə bərabər şərait yaratmalıdır” deyə, məlumatlı mənbələr bildirib. V.Manukyanın baş nazir postuna namizədliyinin irəli sürənlər, onu da bildiriblər ki, keçmiş baş nazir hökumətin başında dayanarsa, bu, “tarixi ədalətin” bərpa olunmasını da simvolizə edəcək.

Qeyd edək ki, Ermənistanda bir çoxları hesab edir ki, 1996-cı ildə keçirilmiş prezident seçkisində Ter-Petrosyan deyil, məhz V.Manukyan qalib gəlib. Lakin nəticələrin saxtalaşdırılması Manukyanın hakimiyyətə gəlməsinə imkan verməyib. V.Manukyan 1946-cı ildə Yerevanda anadan olub.

O, 1976-cı ildə Türkiyənin SSRİ-dəki səfirliyinin qarşısında erməni tələbələrinin keçirdiyi etiraz aksiyasının təşkilatçısıdır. Qatı türk düşməni olan Manukyan həmçinin Qarabağın Ermənistana birləşdirilməsi ideyasının müəlliflərindən hesab olunur.

Missiya.Az


15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
15 Yanvar 2021 İlham Əliyev Vaqif türbəsini ziyarət edib
15 Yanvar 2021 Güllələnmiş heykəllər Şuşaya qaytarıldı - Fotolar
15 Yanvar 2021 Putinlə Paşinyan arasında söhbətin təfərrüatı məlum olub - Erməni qəzeti
15 Yanvar 2021 Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım edib
14 Yanvar 2021 Paşinyanın köməkçisi: "Bilirsiniz ki, Qarabağ Azərbaycan ərazisidir" - VİDEO
14 Yanvar 2021 Vüqar Səfərli həbs edildi - RƏSMİ
14 Yanvar 2021 Rusiya Paşinyanı niyə hakimiyyətdə saxlayır? - Erməni ekspert Moskvanın planını AÇIQLADI
14 Yanvar 2021 "Paşinyanın Moskva səfəri həm siyasi-diplomatik, həm də etik baxımdan biabırçılıqdır" - Erməni mediası
14 Yanvar 2021 Putin Paşinyanı 1 həftə karantində saxlayıb - İDDİA
14 Yanvar 2021 İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
14 Yanvar 2021 Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu
13 Yanvar 2021 Medianın İnkişafı Agentliyi jurnalistikaya körpü olsun - Buzlar əriyir
13 Yanvar 2021 İCESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
13 Yanvar 2021 “Azərbaycanın növbəti hədəfi Ermənistanı nəzarət altına almaqdır” – Erməni ictimaiyyəti təşviş içində
13 Yanvar 2021 ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib
13 Yanvar 2021 Türkiyə nüvə silahı əldə edəcək? - Pakistanla gizli danışıqlar iddiasına REAKSİYA
12 Yanvar 2021 "Ölmüş əsgərin ailəsi mənimlə şəkil çəkdirmək istəmirsə, görüşə getmirəm" - Paşinyanın arvadı
12 Yanvar 2021 “Ay axmaq, sənin yolların kimə lazımdır?” – 11 yanvar bəyanatına erməni baxışı