b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fdsfsdfdgdgdgddg.JPG

“Dünən Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair videokadr yayılıb”.

Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır:

“Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlib.

Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib.

Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilib ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir.

Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.

Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.

Bu şəxs AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmayıb. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silib.

Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən, Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.

Ermənistanın Müdafiə Nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı”.


24 Noyabr 2020 Türkiyə əsgərləri də Qarabağda partul xidməti aparacaq - Hulusi Akar
24 Noyabr 2020 Ermənilər Ağdamdan çıxmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib - VİDEO
24 Noyabr 2020 Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
24 Noyabr 2020 Azərbaycanlılar Xankəndiyə gedən yolda göründü: Ermənilər qorxuya düşdü
24 Noyabr 2020 "Əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır" - İlham Əliyev
24 Noyabr 2020 Millət vəkilləri bu məsələlərə görə toplaşır - SİYAHI
23 Noyabr 2020 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
23 Noyabr 2020 İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar - FOTO
23 Noyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - VİDEO
23 Noyabr 2020 “PolitRussia”: İlham Əliyev BBC-nin təhdid üzərində qurulmuş siyasətini darmadağın edir - VİDEO
23 Noyabr 2020 SON DƏQİQƏ: Ermənistan tərəfdən Qarabağda döyüşmüş Yunan idmançısı Ordumuz tərəfindən məhv edilib
23 Noyabr 2020 Kiyev şəhərində “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb
23 Noyabr 2020 Naxçıvan cəbhədən zəfərlə qayıdan hərbçiləri izdihamla qarşıladı - VİDEO
22 Noyabr 2020 Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi
22 Noyabr 2020 O, bütün dünyanı öz iradəsinə tabe etdirdi – Ağdam, Kəlbəcər və Laçın həqiqəti
22 Noyabr 2020 Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 3196 yeni yoluxma
22 Noyabr 2020 Ermənilərdən qənimət götürülən tanklar Bakıya gətirilir - VİDEO
21 Noyabr 2020 Lavrovla Paşinyanın fotosu müzakirələrə səbəb oldu
21 Noyabr 2020 Hulusi Akar: "Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”
21 Noyabr 2020 Banklar əsgər ailələrinə niyə qənim kəsilib? - VİDEO