b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_aydin_quliyev_110618.jpg

Ermənistanın hazırkı Qarabağ siyasəti barədə Azərbaycan Prezidentinin budəfəki mülahizələri əvvəlkilərlə müqayisədə prinsipcə özünü xeyli fərqli və yeniləşmiş məzmunda göstərdi. İlham Əliyevin müsahibəsindəki yeni və fərqli nüanslara beynəlxalq vasitəçilərin və qlobal sülh üçün özünü məsul sayanların həssas və daha ciddi baxmasına indi həmişəkindən qat-qat çox ehtiyac var.

Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi bütün regionda sülh üçün mümkün sayılan ən təhlükəli həddə artıq çatıb. İndiyə qədər Azərbaycan diplomatiyası tam haqlı olaraq Ermənistanın təcavüz siyasətinin mahiyyətini və bütün sonrakı nəticələrini göstərmək, eləcə də təhlükənin dərəcəsini anladaraq beynəlxalq gücləri onu durdurmaq üçün daha təsirli müqavimət mövqeyinə çəkmək kimi iki əsas istiqamətdə iş aparıb. Təəssüflər olsun ki, Azərbaycan diplomatiyasının və şəxsən Prezidentin məzmunlu səyləri bu iki istiqamətin birincisi üzərində lazımi nəticələrə yetişdiyi halda, beynəlxalq dairələr təcavüzkarın cilovlanması üçün gərəkli müqavimət mövqeyinin nə qədər vacib olduğunu anlaya bilmədilər. Bunun bütün məsuliyyəti, Azərbaycan Prezidentinin dəqiq olaraq dediyi kimi, məhz yalnız hərəkətsizliyi və lüzumsuz gözləmə mövqeyini məqbul sayan beynəlxalq dairələrin üzərindədir.

ATƏT-in Minsk Qrupunun və həmsədr ölkələrin, BMT rəhbərliyinin passiv seyrçiliyi və qeyri-adekvat müdaxiləsi təcavüzkar Ermənistanı yeni addımlara həvəsləndirir, indiyə qədərki danışıqlar mərhələsinin üstündən xətt çəkir və  qaçılmaz müharibə variantını bütün əlamətləri ilə ortaya qoyur. Prezident İlham Əliyevin "heç bir danışıq getmir, Ermənistan sərhədlərə qoşun yığır, müharibəyə hazırlaşır, iyulda olduğu kimi yenə layiqli cavabını alacaq" məzmunda açıq deyimləri indiki şəraitə tamamilə uyğundur. İlham Əliyevin bu sözləri qüdrətli Azərbaycan Ordusunun məlum və yenilməz gücünə söykəndiyi üçün konkret səslənir. Prezidentin bu sözləri Ermənistanın hazırlıqlarının Azərbaycan üçün yox, məhz regionda sülh və sabitlik üçün, əsasən də Ermənistanın özü üçün böyük təhlükə olduğunu xatırlatmaq məzmununa malikdir. Deyim o qədər birbaşa və dəqiqdir ki, "Azərbaycan Ermənistanın hazırlıqlarından bəlkə narahatdır?! "kimi tərəddüdlü spekulyasiyalara bircə santimetr də yer verilməyib. Ermənistan nə qədər hazırlıqlı olsa da, 2016, 2018 və 2020-ci ilin iyul səviyyələrindən də artıq hazırlıqlı ola bilməz ki?! Azərbaycan Prezidenti beynəlxalq vasitəçilərə indiyə qədər "Ermənistanın hər addımda pozduğu sülh danışıqları prosesini xilas edin" kimi iddialı və qəti tələb qoyurdusa, budəfəki tələbkar mövqedəki dəyişmiş və yeniləşmiş mahiyyəti hər kəs görməyə çalışmalıdır: "Məsuliyyət tam olaraq bizdən ötdü və bölgəmizi müharibədən xilas etməkdə öz məsuliyyətinizi heç olmasa indi anlayın" ...

"Ermənistan beynəlxalq hüquqa əməl etmirsə, Azərbaycan niyə əməl etməlidir" məntiqinə söykənən haqlı iddialı mövqe ətalətli beynəlxalq vasitəçilərə ən ağır ittiham və ifşa aktı kimi tarixdə qalacaq. Prezidentin bu ifşaedici məntiqi təkcə Qarabağ təcavüzkarlığını regional müharibə həddinə qədər körükləyən Ermənistanın şıltaq dövlət utilitarizmini görməzliyə vuranların yox, həm də bütünlüklə beynəlxalq hüquq anlayışını dünya siyasətində öz maraqlarının yardımçı əlaltısına çevirənlərin ikili standartlarının ifşasıdır.

Azərbaycan Prezidentinin hazırkı açıqlamalarında diqqət çəkən məqamlardan biri də 2018-ci ildə Paşinyanın Qarabağ sülh prosesinə yenilik gətirəcəyi entuziazmına inanaraq daha iki ilin mənasız ötüşməsinə səbəb olmuş beynəlxalq dairələrin bu gün susmaları ilə bağlıdır. Azərbaycan Prezidenti dəfələrlə, elə bu dəfə də eyhamlar vurdu ki, bizdən Ermənistanda yeni hakimiyyətə gəlmiş qüvvələrin bəzi daxili siyasi məsələləri səhmana salmalarına şans istədilər, biz kəmfürsətçilik etmədik və onlara əslində təcavüzkar Ermənistanın əsl sifətini bir daha görmək imkanı verdik. Əlavə edək ki, 2018-ci il Ermənistanda hakimiyyət dəyişikliyindən az sonra Almaniya kansleri xanım Merkel, Fransa prezidenti Makron, Avropa Birliyinin məsul komissarları, ABŞ rəsmiləri və başqaları məhz bu inamın içində idilər və Paşinyana şans verilməsi üçün Azərbaycan Prezidentinə ən müxtəlif səviyyələrdə minnətçi düşmüşdülər. Bu gün İlham Əliyevin onlara ən kəskin, ən qəti və ən haqlı sözləri deməyə əsasları var və deyir də... Prezidentin müsahibəsi ilə diqqətli tanışlıq hər şeyi ortaya qoyur və bu dairələrdən sual edir: "Paşinyanın yenilikçiliyinə ümidlənərək ortada iki ili də mənasız danışıqlara sərf etməyinizin məsuliyyətini anlaya bilirsinizsə, onda bu gün həmin Paşinyanın sülh pozuculuğu əməllərinə susmaq nə deməkdir?" Buna tarixi publisistika dilində Paşinyanın yalançı Staxanovçuluğuna inanan beynəlxalq dairələr üçün İlham Əliyevin qarşısında sözün qurtardığı məqam da demək olar.

12 iyul təxribatlarının səbəbləri üzərində dayanan Prezident bu kontekstdə də yeni istiqamət açdı. İlham Əliyevin yeni təhlilləri yerinə düşdü və elə lap bu yaxınlarda Paşinyanın növbəti dəfə öz ictimaiyyətini və dünya dairələrini yanlış təsəvvürlərə çəkmək cəhdinə "stop "qoydu. Paşinyan parlamentdə deputatlarına demişdi ki, "Azərbaycan 12 iyulda məsələni 24 saata həll etmək istədi", biz isə dedik ki, "bizimlə güc dilində danışmaq olmaz ". Əslində Paşinyanın çox sadə bir sxemlə danışmasının arxasındakı yalanları tutmaq çətin deyil. O demək istəyirdi ki, 12 iyul təxribatlarını guya Azərbaycan başladı və biz qalib gəldik. Ancaq Azərbaycan Prezidentinin Ermənistanı 12 iyul təxribatlarına sövq edən biri yeni baxış olmaqla iki əsas səbəb üzərində dayanması Paşinyanın yalan toruna düşə biləcək adamları da yarı yoldan qaytarmaq gücü nümayiş etdirdi - Prezident yəqin xüsusi kəşfiyyat məlumatlarına əsaslanaraq ilk dəfə olaraq bu səbəbi göstərdi ki, Ermənistan Günnüt məğlubiyyətinin qisasını almaq istəyirdi və hazırlıq gördüyü yeni təcavüzkar müharibədə KTMT üzvlərindən kömək almağı "zondaj "etməyi planlaşdırırdı... Prezident hər iki istiqamətdə Ermənistanın nəticəsizliyə uğradığını göstərməklə bərabər, Ermənistanın yeni müharibə hazırlıqlarının onun faşist, istilaçı, təcavüzkar və terrorçu mahiyyətindən irəli gəldiyini də bir daha anlada bildi.

Qarabağ mövzusunda proseslər indi elə bir həddə çatıb ki, ya Ermənistanın sahibləri və regionda Azərbaycandan da çox sülh istəyənlər Ermənistanın "ipini dartmalı", ya da İlham Əliyevin sözlərinin arxasında Azərbaycanın Silahlı Qüvvələrinin dayandığını hər kəs görməlidir... Həm də Azərbaycanın hər cür sonluğa görə, məsuliyyətdən azad olduğunun dərk olunması şərti ilə...

 


31 Oktyabr 2020 Prezidentdən Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi: “Bavariya sizin üçün önəmlidir?”
31 Oktyabr 2020 Prezidentin köməkçisi ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
31 Oktyabr 2020 85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ
30 Oktyabr 2020 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
30 Oktyabr 2020 İlham Əliyev Ərdoğana zəng etdi
30 Oktyabr 2020 Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ
30 Oktyabr 2020 İlham Əliyev: Azərbaycan ordusu daha doqquz kəndi azad etdi
30 Oktyabr 2020 Gecə cəbhədə nə baş verib? - Müdafiə Nazirliyi AÇIQLADI
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi
29 Oktyabr 2020 Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
29 Oktyabr 2020 Müdafiə Nazirliyindən Ermənistanın yaydığı saxta videoya rekasiya
29 Oktyabr 2020 "Türkiyənin hər bir azərbaycanlının qəlbində xüsusi yeri var" - Mehriban Əliyeva
29 Oktyabr 2020 Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
29 Oktyabr 2020 Müdafiə Nazirliyi: Xeyli sayda itki verən düşmən geri çəkilib
28 Oktyabr 2020 Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır
28 Oktyabr 2020 Prezident: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"
28 Oktyabr 2020 Ordumuz Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupunu məhv edib – VİDEO