b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_aaqq.jpg
Mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Missiya.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək.

Xatırladaq ki, Agentlik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoymuşdu.

ölkə.az



05 İyun 2020 İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi - RƏSMİ + VİDEO
05 İyun 2020 İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı
05 İyun 2020 Spiker deputatlara xəbərdarlıq etdi
05 İyun 2020 Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
05 İyun 2020 Ünvanlı sosial yardım artıq belə veriləcək - YENİ QAYDA
05 İyun 2020 Yumşalmadan sui-istifadə və iki günlük izolyasiya – Dövləti sərt qərarlara məcbur etməyək!
05 İyun 2020 Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
05 İyun 2020 Bakıda kişi arvadını bıçaqladı
05 İyun 2020 Bakıda bu binalar söküləcək - ÜNVAN
04 İyun 2020 Prezidentin qətiyyəti, erməni terroru və Avropaya ciddi mesajlar
04 İyun 2020 Həftəsonu üçün xüsusi icazəsi olmayan avtomobillər belə müəyyənləşdiriləcək - RƏSMİ
04 İyun 2020 İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
04 İyun 2020 Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
04 İyun 2020 Evdən çıxmaq istəyənlər belə İCAZƏ ALACAQ
04 İyun 2020 Azərbaycanda ən sərt karantin rejimi TƏTBİQ EDİLƏCƏK - QƏRAR VERİLDİ
04 İyun 2020 “Korrupsioner məmurların cəzalandırılması sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir” – Ramin Əhmədov
04 İyun 2020 Sabahdan bu şəhərlərdə iş saatı dəyişir — Baş Nazir qərar verdi
04 İyun 2020 6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ
04 İyun 2020 BDU-da Respublika virtual elmi konfransı keçirilib - FOTO
04 İyun 2020 Həftə sonları yalnız bu şəxslərin işləməsinə icazə veriləcək - RƏSMİ AÇIQLAMA