b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_ffh.jpg
“Milli Şura adlanan, əslində isə anti-milli fəaliyyətlə məşğul olan amorf bir təşkilatın keçirdiyi “videokonfrans”da dilə gətirilən qeyri-etik ifadələr, qeybət xarakterli fikirlər müxalifət adına iddia edən məlum zümrənin əsl mahiyyətini bir daha ortaya qoydu. Hər kəs üçün aydın oldu ki, Cəmil Həsənli və Əli Kərimli kimi qrant dəllallarının başına toplaşanları nə xalq maraqlandırır, nə də xalqın maraqları. Bu adamların təfəkkürü küçə uşaqlarının düşüncə tərzindən o tərəfə keçmir”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədr müavini Ramin Əhmədov “Milli Şura”nın keçirdiyi məlum “videokonfranslar” barədə danışarkən deyib.

R.Əhmədov qeyd edib ki, sözügedən onlayn “müzakirələr” Milli Şuranın rəhbərliyində təmsil olunanların əsl simasını, iç üzlərini əks etdirir: “Bu adamlar normal siyasi diskusiya aparmaq bacarığında və ağlında deyillər. Hətta elementar nəzakət qaydalarından belə xəbərsizdirlər. Çürük leksikona, dayaz düşüncəyə malik olan Milli Şura “ideoloqlarının” özləri açıq şəkildə nümayiş etdirdilər ki, siyasətdə təsadüfi adamlardır və Azərbaycan, xalq adını dilə gətirməyə belə haqları yoxdur”.

YAP yetkilisi hesab edir ki, Milli Şuranın rəhbərliyində təmsil olunanların hamısının yeganə marağı xarici təşkilatlardan qrant almaq və bununla ciblərini doldurmaqdır: “Həmin o “müzakirələr” sözün həqiqi mənasında biabırçılıq nümunəsidir. Bir nəfərin dilindən normal fikir səslənmədi. İzləyicilərin eşitdiyi ancaq səviyyəsiz replikalar, ikrah yaradan gülüşlər oldu. Artıq heç kəsdə şübhə qalmadı ki, Milli Şuranı idarə edənlər sırasında cəmləşənlərin nə siyasətdən anlayışı var, nə də mədəniyyətdən. Təsadüfi deyil ki, Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunmuş və bu günlərdə istefa verən kinorejissor Eldəniz Quliyev də indi bu dəstənin daxilində milli-mənəvi dəyərlərdən uzaq davranışlara yol verildiyindən danışır. Deyir ki, Milli Şurada xalqın mənafei, milli-mənəvi dəyərlərə sayğı, dövlət maraqları və sairə bu kimi kriteriyalar ciddi şəkildə pozulur, təhrif olunur. Hələ üstəlik onu da vurğulayır ki, Cəmil Həsənli əqidə mutasiyasına uğrayıb. Bütün bunları Milli Şuranı yaradanlardan biri deyirsə, daha bizim əlavə nəsə deməyimizə ehtiyac qalmır. Əsl həqiqəti özləri açırlar”.


14 İyul 2020 Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
14 İyul 2020 "Ordu düşmənin başını əzməyi davam etdirəcək" - Müdafiə Nazirliyi bəyanat yaydı
14 İyul 2020 Azərbaycan Müdafiə Nazirliyi: Şəhidlərimizin qanı yerdə qalmayacaq
14 İyul 2020 Azərbaycan Yazıçılar Birliyinin BƏYANATI
13 İyul 2020 "Xaotik təşəbbüslərə yol vermək olmaz" - Qənirə Paşayeva
13 İyul 2020 İIham Əliyev rəsmi İrəvanı küncə sıxışdırır - Düşmənin təxribat cəhdi və çoxsaylı itkiləri
13 İyul 2020 Daha bir həkim koronavirusdan öldü - FOTO
13 İyul 2020 Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
13 İyul 2020 Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13 İyul 2020 Prezident İlham Əliyev: "Hərbçilərimizin qisası alındı" - VİDEO
13 İyul 2020 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclas keçirilib
13 İyul 2020 Qriqori Trofimçuk: “Paşinyan açıq şəkildə müharibəyə təhrik edir”
12 İyul 2020 İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var
12 İyul 2020 Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi
11 İyul 2020 Mehriban Əliyeva daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO
11 İyul 2020 Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - Kartını göstərdi - FOTO
10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA