b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2344334433453534.PNG

Qısa müddətdə yaradılan "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz smslər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Missiya.Az-a bildirilib ki, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abunəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-a yaxın sms göndərdiyi barədə məlumat verilib. Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib.

Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu - 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən smslər göndərildiyini bildirib.

Məsuliyyətsiz davrandığına və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.

Qeyd edək ki, qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin 8103 yönləndirilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara vaxtında cavab mesajının göndərilməsinə maneə törədir. Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.



29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO