b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_322434355446464.jpg
Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrində yeni təhlükə ilə üz-üzə qoyub. Dövlətlər virusun yayılmaması üçün sərt qərarlar qəbul edirlər. 

Azərbaycanda da virus sürətlə yayılır. Dövlət əhaliyə #evdəqal çağırışları etsə də, hələ ki, bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmir. Rəsmi qurumlar vəziyyətin mənfiyə doğru getdiyini açıq şəkildə bəyan edirlər. Məlumata görə, koronavirus artıq Azərbaycanın rayonlarına və kəndlərinə yayılıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov son mətbuat konfransında bildirib ki, əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər: "Biz çalışmalıyıq ki, yoluxma halları artmasın". 

Əlbəttə ki, fövqəladə vəziyyətin elan olunması insanların həyat tərzini daha da çətinləşdirəcək. Vətəndaşların hərəkətinə ciddi məhdudiyyətlərin gətirilməsi “Fövqəladə vəziyyət haqqında” qanunun əsas müddialarından biridir. Həmçinin qanunda, əhalini düşündürən müddialardan biri ərzaq təminatı ilə bağlıdır. Çünki qanunda “Ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi qaydanın tətbiq edilməsi” barədə maddə yer alır. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cd0fcdbe-3cbe-11ea-a16e-39b824591591_image_hires_072535.jpg

Müşahidələr göstərir ki, əhali, karantin rejimin qaydaları sərtləşdikcə, həmçinin fövqəladə vəziyyətin elan olunacağı barədə fikirlər səsləndirilən kimi ərzaq qıtlığının olacağını düşünərək növbəti günlərə ehtiyyat toplayırlar. 

Bəs, Azərbaycanda ərzaq qıtlığının olacağını düşünməyə əsas varmı? Fövqəladə vəziyyət olarsa, ərzaq müharibə dövründəki kimi talonla veriləcək?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Missiya.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə ərzaq qıtlığının yaşanması ehtimal olunmur: “Azərbaycan koronavirusla bağlı xüsusi gərginlik mərhələsinə daxil olmayıb. Vəziyyət nəzarət altındadır. Ərzaq istehsal edən müəssisələr tam gücü ilə işləyir, ehtiyatlarımız var. Ona görə də hər hansı ərzaq qıtlığının yarana biləcəyini düşünmürəm”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_lham_smayil_man1508667724.jpg

Ekspert qeyd edib ki, Azərbaycanda fövqəladə vəziyyət elan olunsa belə ərzağın və digər təlabat mallarının talonla verilməsi barədə maddə işləməyəcək: “Ərzağın talonla satılması fövqəladə vəziyyət qanunlarına uyğundur və qeyd edilən dövrdə ərzaq talonla verilə bilər. Belə hallar əsasən müharibə davam etdiyi dövrlərdə baş verir. Azərbaycanda isə hazırda müharibə getmir. Ölkəmizdə koronavirusla bağlı olan vəziyyət də ərzağın talonla veriləcəyini deməyə əsas vermir. İstehsal müəssisələri dayandıqda, ehtiyatlar tükənməyə doğru getdikdə ərzaq talonla verilir. Hazırda istehsal müəssisələrinin fəaliyyətini dayandırmasına, istehsalı azaltmasına mane olan bir hal yoxdur”.

İlham İsmayıl, “Fövqəladə vəziyyət haqqında” qanunda qeyd olunan “Ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi qaydanın tətbiq edilməsi” barədə maddənin epidemiya dövrünə aid olmadığını deyib: “Qeyd edilən maddə müharibə dövrünə aiddir. Çünki müharibə vəziyyətində istehsal müəssisələrinin fəaliyyətinın dayandırılma ehtimalı çox olur. Bu səbəbdən ehtiyatların tükənməməsi və qıtlığın yaranmaması üçün ərzaq əhaliyə talonla satılır”.

Elvin Məmmədov
Missiya.Az



01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol