b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_89942059_2855211137849098_6671812277894643712_n.jpg

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) xüsusi bəyanatla çıxış edib. 

Missiya.Az
bəyanatı olduğu kimi təqdim edir: 

Son günlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna (UABD) qarşı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin özündə qərəzli fikirləri əks etdirən bəyanatı bizi çox narahat edir. Belə ki, idarə heyətinin üzvləri olduğumuz təşkilatın rəsmi olaraq heç bir aidiyyatı olmadığı hadisəylə bağlı bəzi şəxslərin əsassız iddialarının qeyd olunduğu bəyanatda Ukraynadan geri çağırılmış Azərbaycan səfirinin şəxsinə qarşı qeyri-etik hərəkətlərin həyata keçirildiyi bayram tədbirinin UABD tərəfindən təşkil olunması fikrini qəti surətdə rədd edirik. Bəyan edirik ki, bu tip dezinformasiya xarakterli bəyanatlar Ukraynadakı diaspor təşkilatlarının birliyinə zərbə vurmaq məqsədini güdür. Fikrimizcə, Ukraynada son illərdə diasporun Ukrayna Azərbaycanlıları Radasında (UAR) birləşərək birgə fəaliyyəti hansısa üzdəniraq qüvvələri narahat etdiyindən bu cür xəbərlərin yayılmasında onların rolunun olması göz qarşısındadır. Çünki son bir ildə bir çox uğurlu layihələrə imza atmış UAR-ın parçalanması üçün dəfələrlə süni şəkildə yaradılmış səhnələrin şahidi olmuşuq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azər Xudiyevin tutduğu səfir vəzifəsindən vaxtından tez geri çağırılması ilə əlaqədar olaraq Kiyevdə və eləcə də Ukraynanın bir çox şəhərlərində diaspor nümayəndələri tərəfindən təşkil olunan bayram şənlikləri haqqında məlumatları araşdırdıqdan sonra məlum oldu ki, bu tədbirlər hansısa ictimai təşkilat tərəfindən deyil, Azər Xudiyevin öz vəzifəsindən sui-istifadə edərək zərər verdiyi diaspor nümayəndələrinin keçirdiyi mərasimlər olmuşdur. Nəzərinizə çatdırırıq ki, ictimai təşkilatların nizamnaməsinə uyğun olaraq təşkilatlar öz üzvlərinin hərəkətlərinə görə heç bir məsuliyyət daşımayır.

Ukraynada Azərbaycan diasporunun milli maraqlarının təmin olunması üçün birgə təsis etdiyimiz Ukrayna Azərbaycanlıları Radasının fəaliyyətinin zəifləməsi ilə nəticələnə biləcək təşkilatınız tərəfindən həyata keçirmək istədiyiniz istənilən hərəkət və ya hərəkətsizliyinizə münasibətimiz birmənalı şəkildə çox pisdir. Belə ki, diasporumuzun birliyi və azərbaycançılıq ideyasına qarşı atılan addımlar heç bir halda tərəfimizdən qəbul edilə bilməz.

Qəti şəkildə bəyan edirik ki, UABD üzvləri hər zaman soydaşlarımızın birliyi, bu birliyin inkişafı üçün dayanmadan fəaliyyət göstərmək əzmindədir və bu mənada, Ukrayna Azərbaycanlıları Radasının yüksək səviyyədə fəaliyyəti üçün hər zaman çalışacaqdır. Bu bizim soydaşlarımız qarşısında üzərimizə götürdüyümüz şərəfli vəzifə və dövlətimizə olan vətəndaşlıq borcumuzdur. UABD tərəfindən sizi də UAR nizamnaməsinə uygun olaraq hərəkət etməyə və qarşılıqlı formada üzərinizə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Hörmətlə, UABD-nin idarə heyəti



09 Aprel 2020 "Acam" deyən vətəndaşı təhqir edən məmuru belə cəzalandırdılar - VİDEO
09 Aprel 2020 Havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək
09 Aprel 2020 İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandı - SON MƏLUMAT
08 Aprel 2020 Bu qəsəbədə koronavirusa yoluxan yoxdur - Bələdiyyə sədri qorunmağın sirrini açıqladı - FOTO
08 Aprel 2020 "500-dən çox ailəyə yardım paylamışıq" - Missiya.Az-ın aksiyası davam edir - FOTOLAR
08 Aprel 2020 "Kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir" - Xanlar Fətiyev
08 Aprel 2020 Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI
07 Aprel 2020 Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07 Aprel 2020 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - Cəzalandırıldı
07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək