b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_karr.PNG

Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair ÜST-ün və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsini təqdim edirik: 

Missiya.az xəbər verir ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib.

Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri

Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

ÜST səfərdə olan şəxslərə bhər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.

baku.ws


07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək
04 Aprel 2020 Mədət Quliyev Milli qəhrəmanlar adından Prezidentə müraciət ünvanladı
04 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bu gün də davam etdirilib - FOTOLAR
04 Aprel 2020 DİQQƏT! Missiya.Az Qaynar Xətt yaratdı - Yardımla bağlı
04 Aprel 2020 Fövqəladə vəziyyət elan olunarsa, ərzaq talonla veriləcək? - AÇIQLAMA
04 Aprel 2020 Nizami rayonunda koronavirusla bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib - FOTO
04 Aprel 2020 Baş epidemioloqdan əhaliyə xəbərdarlıq
03 Aprel 2020 Koronavirus bu ölkəyə də yayıldı - Prezident açıqladı
03 Aprel 2020 Missiya.Az-ın Yasamalda keçirdiyi yardım aksiyası bu gün də davam edib - FOTOLAR
03 Aprel 2020 298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı