b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_76957357_3166893746672558_7401902258029330432_n.jpg

Fəxri Kazım-Nicat doğulduğu, oxuduğu şəhərinə ifası ilə hesabat verdi…

Ana Yasanın doğuluşu günü onsuz da unudulmazdır. Bu ilin bayram günü isə incəlikləri ilə yaddaşıma həkk olundu - Möhtəşəm hadisənin içərisinə düşdüm. Özü də Gəncədə!

***

“Üzeyir ömrü” və ya "Uzun ömrün akkordları" filmindəki "açın qapı pəncərələri, qoy hamı eşitsin" ifadəsi yolboyu qulağımda səslənirdi. Belə olmasını çox arzulayırdım - istədiyim oldu.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75424539_3150681005002790_6312541248586514432_n.jpg

O anşlaqı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görmüşdüm. Yüzdən çox tamaşaçı məcburi geri qayıtmışdı, bu da elə salonun qapı-pəncərələrinin açılmasına bərabər hadisəydi. 

***

Sizi bilmirəm, Gəncə deyəndə mənim dodaqlarım əsir. Hər dəfə qədim yurdumuza gedəcəyimi biləndə, uşaq kimi sevinirəm. Yay tətillərində Zəngilana gedəcəyim günü belə gözləyirdim...

Yarı mənim, yarı yol polislərinin həmkarı olan Vaqif Əsədovdan üzr istəyirəm, yolda bir az uçduq da, əlbəttə radarlar arası. Bizdə belə məsəl var: "... Nənəm də kündədən kəsirdi"... 

Bakıdan gec çıxmışdıq, tədbir 19:00-da idi. Salonda daha tez olub, oranın ab-havasını ciyərlərimə çəkmək, insanları ilə ünsiyyət qurmaq planımızın qırmızı ilə yazılan hissəsinə aid idi. 

***

Buyurun, bu da həmin müqəddəs məkan: ətrafında və daxilində tarix yaşanır. Cavad Xanın məqbərəsi, Şah Abbas məscidi, tarixi memarlıq incilərindən olan Çökək hamam və tamaşaçılarla – nur adamlarla əhatələnmiş möhtəşəm Filarmoniya. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75398212_3150682161669341_187304936822800384_n.jpg

Hələ konsertə bir saat var, nə olsun, gəncəlilər gəliblər. Onlarla söhbətləşirik. Damla-damla şəbnəmlərin sel olub efirləri basdığı halda, zövqümüzə calaqlar yapışdırıldığı dövrdə klassik konsertin iştirakçısı olmaq üçün bir saat tez gəlmək möcüzəyə yaxın davranışdır. Belə qələbəliyin səbəbini soruşuram, həm də yaşlı birisindən yox, məhz gəncdən. Cavabını yazım, elə bilin özünüz dinləyirsiz: "Qadam, bura Gəncədir, ifaçı qardaşımız da öz gəncəlimizdir. Gəncədə doğulub, burada təhsil alıb, oxuduqları da klassika - xalq, bəstəkar mahnıları, Üzeyir kimi dahinin bəstələridir. Qulağımız sevinəcək, ruhumuz dincələcək".

Kimdi gəncəlilərin ruhunu dincəldən, bizi Bakıdan uça- uça Gəncəyə gəlməyə sövq edən ifaçı gənc? 

Tanıyaq: O, Fəxri Kazım-Nicatdır - Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestirinin və Rəşid Behbudov adına Mahnı Teatrının solisti, Asəf Zeynallı adına Musiqi Kollecinin, Bakı Musiqi Akademiyasının məzunu, hazırda elmi iş üzərində çalışan və nəhayət əməyinin qiymətləndirilməsinin sevincini hər gün yaşayan, tərəqqisinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzasıyla "Tərəqqi" mükafatına layiq görülən çox istedadlı azərbaycanlı. Bu ilin may ayında Dövlət Akademik Filarmoniyasında anşlaq yaradan da elə o idi – FƏXRİMİZ!

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75394821_3150680591669498_8219400758282420224_n.jpg

Belə insanın görüşünə necə getməmək olar? Gəncəlilərin üzündə fərəh və sevinc hissi bütün salona sirayət etmişdi. Sanki heç uzaq yol gəlməmişik, sanki səhər saat 4-də yenidən Bakıya qayıtmayacaqdıq. Heç bir çətinlik barəsində düşünmürsən - Klassika adamı qanadlarında gəzdirir. 

***

Bariton səsli, təmiz nəfəsli, aydın ifaçı Fəxri Kazım-Nicat elə bir repertuar seçmişdi, ayağa qalxıb: “Fəxr edirəm ki, azərbaycanlıyam” deməkdən özümü zorla saxlayırdım. "Azərbaycan", "Ölkəm", "Küçələrə su səpmişəm", "Şükriyyə", "Sevgili canan", "Balaşın mahnısı", "Əsgərin ariyası", " Sən elə bir zirvəsən"… və bu qəbildən olan mahnıları dinlədikcə sanki salonun daşları da sevinirdi. Tavanın sol tərəfinə çəkilmiş şəkillərin güldüyünü özüm gördüm. "Bir qalanın sirri" filmini xatırladım: Elşən kitabları oxuyandan sonra güllər, çiçəklər ona qoşulub necə gülürdülərsə, Filarmoniyadakı şəkillər də o cür sevindirlər… Hə, salon kitab oxuyanları ağuşuna almışdı. Üzeyirin, Fikrətin, Tofiqin, Eminin, Qaranın bəstələrindən zövq alan adam ali varlıq sayılır. Fəxri Kazım-Nicatın səsinin sehrinə düşənlərin hamısı ali insanlar idi. 

***

Rəsmi hissədə Gəncə İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış etdi. Gözəl nitq söylədi. Bayramımızı təbrik edib, gəncəliləri unutmadığına görə Fəxriyə minnətdarlığını ifadə etdi. Gəncənin klassika – peşəkar musiqi heyranı olduğunu xatırladan Vəfa xanım ölkəmizin inkişafından, xalqımızın hərtərəfli şəkildə təmin olunmuş şəraitdə yaşaması üçün Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın gördüyü işlərdən də söz açdı. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75446486_3150681465002744_8570520699871952896_n.jpg

Ardınca səhnəyə ifaçını dəvət etdilər. Sürəkli alqışların müşayəti ilə Fəxri səhnəyə çıxıb, doğma tamaşaçıları önündə baş əydi. Bu həm də xəyalların gerçəkləşdiyi an idi… Doğma şəhərdə, böyük Fikrət Əmirovun adını daşıyan musiqi məbədində solo konsertlə çıxış etmək bir musiqiçi üçün ancaq ülvi arzu ola bilər. 

Nədənsə mənə elə gəldi ki, Fəxri tamaşaçılar qarşısında baş əyərkən Tanrıya səcdəyə gedib. Sanki ona bəxş olunmuş bu səadətə görə yaradana şükr edirdi…

***

Konserti Gəncə Dövlət Filarmoniyasının iki fərqli orkestri müşayət edirdi. İki dirijorun - Xalq artisti Rəfael Bayramov və əməkdar artist Elçin Elçiyevin əlləri göyə qalxıb yerə düşəndə, zala sərinlik gəlirdi. 

"Sevgili canan”ın son akkordunu dinləyən tamaşaçıların alqışları susmurdu – Filarmoniya dilə gəlmişdi: “Bravo!” “Bravo!”

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75429635_3150681931669364_3660690567290945536_n.jpg

Konsertin adı da özünəməxsus idi. "Gəncəm - Fəxrim mənim”. Fəxrinizdə çox haqlısız Fəxri Kazım-Nicat! İlk müəllimin - Xalq artisti Şahnaz Haşımova səhnəyə çıxıb, səni bağrına basaraq qürurla danışırsa, niyə fəxr etməyəsən?! Şahnaz xanım ifaçının uşaqlığından danışdı, keçdikləri dərs mühitini xatırlatdı, sonda tələbəsinin alnından, tələbəsi də onun əllərindən öpdü. Kövrəlmişdik…

Fəxrinin daha bir müəllimi də səhnəyə çıxdı - Xalq artisti Sevinc Ələkbərova tələbəsilə birgə "Arşın Mal Alan" operettasından bir hissə oxudu. Müəllimənin ürəyi dağa dönmüşdü, "səsini eşidirəm, üzünü görürəm, şöhrətinin şahidi oluram, elə bilirəm cənnətdəyəm"- belə deyib, tələbəsini tamaşaçılarına qaytardı.

***

Nə ifaçı tamaşaçıdan, nə də tamaşaçı ifaçıdan ayrılmaq istəyirdi. Zamansa hökmünü verir. Bu konsert də zamanın hökmü idi. Ancaq zamanı da gərək yaradasan. O möhtəşəm gecəni yaradanlara min dəfə minnətdarlıq etsək, azdır. Bir də təkrar edirəm, kadrı seçəndə öncə xarakterinə önəm vermək lazımdır. Gəncə mədəniyyəti xoşbəxtdir, onun rəsmi qurumuna - Gəncə Regional Mədəniyyət İdarəsinə Sənan Hacıyev kimi bütöv, enerjili, işinin dərin bilicisi olan bir şəxsiyyət rəhbərlik edir. Sənan müəllimlə ünsiyyətin özü mədəniyyət hadisəsidir. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75323385_3150681325002758_4491765051144798208_n.jpg

Tədbirin təşkilinə bir kəlmənin səslənməsi rəvac verib. Direktorla rəsmi görüşdə belə təqdimat olub: “Fəxri Kazım-Nicat Gəncənin yetirməsidir. Layiq görüldüyü mükafatların hesabatını vermək istəyir. Həm də klassik – peşəkar musiqi ilə. Gəncənin təməli klassika üzərindədir. Çox qazancımıza görə bu şəhərə borcluyuq. Fəxrinin borcu bir az da çoxdur, onu əzizlərinə qaytarmağa gəlir". Sənan müəllimin cavabı: “Konsert mütləq olacaq!”

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpg

Gün müəyyənləşir, Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə konsertin bayram günü keçiriləcəyi elan edilir. 

***

Xatirələrdə qalırsansa, əbədisən. Konsertdən sonra təşkil olunan ziyafətdə yaşadığımız günün əbədiyyətinə nail olanlara təşəkkürümüzü çıxışlarımızla bildirdik. Ziyafəti konsertindən, konserti ziyafətindən gözəl oldu.

Bakıya qayıdıram. Fəxrinin yaddaşıma həkk etdiyi mahnını zümzümə edə-edə: “Gəncəm, ay Gəncəm”… Gəncədən qayıtmaq asan deyil. Fəxri bəyin oxuduğu mahnıları zümzümə edə-edə Bakıya çatdıq. 

Yenə konsertə dəvət olunmuşdum, getmədim. Gəncə təəssüratı safdır, təmizdir, durudur - qatqı götürməz. 

Ceyhun MUSAOĞLU
Bakı-Gəncə-Bakı

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74632376_3150682531669304_3030914642185551872_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74281486_3150682395002651_1357377036116557824_n.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpg







04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı
03 İyul 2020 İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi
03 İyul 2020 Operativ Qərargahın üzvlərinin adları açıqlandı - TANIYAQ
03 İyul 2020 Leyla Əliyevanın doğum günüdür – FOTOLAR
02 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
02 İyul 2020 Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
02 İyul 2020 Dövlətin "ətəyi": Bərk tutaq ki, ölməyək!
02 İyul 2020 İbrahim Məmmədov AzTV-nin koronavirusdan ölən əməkdaşından yazdı - FOTO
02 İyul 2020 Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
01 İyul 2020 Azərbaycana 168 min fərdi qoruyucu vasitə gətirildi - FOTO
01 İyul 2020 Qurban bayramında 4 gün iş olmayacaq
01 İyul 2020 Prezident Sərəncam İmzaladı
01 İyul 2020 Bakıda karantin keçid postları ləğv olundu
01 İyul 2020 AzTV-nin əməkdaşı koronavirusdan öldü