dsfdsgfghghh.jpg

“Prezident İlham Əliyevin keçirdiyi son iqtisadi müşavirədə söylədiyi nitq Azərbaycanın sürətli inkişafı, qarşıdakı perspektivlər və gələcək hədəflər barədə aydın təsəvvürlər yaratdı. Dövlət başçısı olduqca əhatəli çıxış etdi. Həmin çxışda iki paralel xətt diqqətimi çəkdi. Bir xətdə vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin davamlı olacağı xüsusunda cəmiyyətə ünvanlanmış konkret mesajlar, digərində isə məmur korpusu üçün effektivliyi artırmaq zərurətinə dair çağırış görünürdü”.


Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov prezident İlham Əliyevin oktyabrın 16-da keçirdiyi iqtisadi müşavirədəki çıxışı barədə fikirlərini açıqlayarkən deyib.

YAP rəsmisi prezidentin saxtakarlığı, qara mühasibatlığı, dövlət layihələrində maliyyə xərclərinin süni şəkildə şişirdilməsini, mediada məmurların savaşını, rüşvətxorluq və korrupsiya meyillərini sərt şəkildə tənqid etməsinə diqqət yönəldərək, dövlət başçısının bu tip neqativ hallara qarşı həmişə öz qəti mövqeyini ortaya qoyduğunu vurğulayıb: “Biz ötən illərdə dövlət başçısının xəbərdarlıqlarına və bu xəbərdarlıqlardan nəticə çıxarmayan səlahiyyət sahiblərinə qarşı görülən tədbirlərə dəfələrlə şahidlik etmişik. Cənab Prezident bu dəfə də nöqsanlara, inkişafa əngəl yaradan amillərə açıq işarələr edərək, öz işindən daha çox arzulanmaz istiqamətlərə meyillənən səlahiyyət sahiblərinə xəbərdarlıq etdi. Dövlət başçısı bununla bir daha nümayiş etdirdi ki, o, korrupsiya və rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, şəxsi maraqlara xidmət etmək və sairə kimi neqativ hallara qarşı mübarizədə prinsipial və qətiyyətlidir. Cənab Prezident nə istəyir? Bunu hamımız bilirik: Məmurlar öz işi ilə məşqul olmalı, əhalinin rifahı üçün çalışmalı, vətəndaşları incitməməli, atdıqları hər bir addımı dövlət siyasətinin tələblərinə uyğunlaşdırmalıdırlar. Bu həm də arxasında Azərbaycanı daha qüdrətli dövlətə çevirmək və xalqa daha təminatlı yaşayış imkanları yaratmaq kimi hədəflər dayanmış tələbdir”.

Ramin Əhmədov ölkə başçısının nitqində gənc, peşəkar kadrların dövlət idarəçiliyində işə cəlb olunması barədə səsləndirdiyi fikirlərə də toxunub. YAP rəsmisi bildirib ki, müasir çağırışlar gənc kadrlara ehtiyacı artırır və ölkə başçısının bu məsələni xüsusilə qabartması təsadüfi deyil: “Azərbaycanda aparılan kompleks struktur və kadr islahatları gənclərin önünü açır. Prezidentin başlatdığı kadr islahatlarının təməlində müasir dünyagörüşlü, bilikli, peşəkar kadrların dövlət idarəçiliyinə cəlb edilməsi dayanır. Ölkə başçısının da dediyi kimi, XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə doğru addımlamaq mümkün deyil. Prezident hazırda vəzifədə olan, idarəçiliyə cəlb olunan gənc kadrların da işinin öhtəsindən məhsuliyyətlə gəldiyini qeyd etdi. Bu, gənclər siyasətinin, savadlı gənclərin önə çəkilməsi praktikasının yaxşı nəticələr verdiyin göstəricisidir. Ölkə başçısının baş nazir Əli Əsədova gənc kadrların işə cəlb edilməsi ilə bağlı tapşırıq verməsi isə bu sahədə yeni mərhələnin başlandığına işarədir”.

R.Əhmədov dövlət başçısının çıxışındakı iqtisadi göstəricilərə dair məqamlardan da danşıb: “Cənab Prezident iqtisadiyyatımızda müsbət irəliləyişlərin olduğunu qeyd etdi. Vergi, sosial müdafiə, gömrük və kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurla davam etdiyi, müsbət rəqəmlərin əldə olunduğu diqqətə çatdırıldı. Müxlətlif dövlət strukturlarında aparılan kadr dəyişikliklərinin müsbət irəliləyişlərə zəmin yaratdığı bəyan olundu. Ölkə başçısı səsləndirdiyi rəqəmlərlə keçmiş və indiki reallıqlar arasında müqayisə apardı və islahatların effektivliyini ictimaiyyətin diqqətinə çatdırdı. Məlum oldu ki, hazırda daha qənaətçil dövlət büdcəsi ilə böyük uğurlar əldə olunur. Deməli, yürüdülən siyasət öz bəhrəsini verir, islahatların səmərlilik göstəricisi durmadan artır. Artım isə bütün hallarda vətəndaşların sosial rifah halında özünü göstərəcək. İnkişaf varsa, iqtisadi göstəricilərimiz yüksəlirsə və bütün bu irəliləyişilərin arxasında, sosial siyasəti ilə dünyaya səs salmış İlham Əliyevin iradəsi dayanırsa, deməli, bundan ancaq vətəndaşlarımız qazanacaq”.

Missiya.Az


26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı
21 May 2020 Qənirə Paşayeva: "Radikal müxalifət üçün ön planda dəstək aldıqları xarici güclərin maraqlarıdır"
21 May 2020 Namizəd Səfərov da Milli Şuradan istefa verdi - BƏYANAT
21 May 2020 SON DƏQİQƏ! Bakıda intihara cəhd - VİDEO
20 May 2020 Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu - ARAYIŞ
20 May 2020 Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edildi