fffffffggggg.jpg

Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Nüfuzlu tədqiqat institutlarının, ekspertlərin qeyd etdikləri kimi, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanla münasibətlərin inkişafı Çin Xalq Respublikası (ÇXR) üçün də xüsusi strateji əhəmiyyətə malikdir. Elə sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı ifadə edilən fikirlər də bunu bir daha ifadə edir. Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olunub, iki ölkə arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə işbirliyinin inkişafı, Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq müzakirə predmetinə çevrilib.

Hər iki ölkə güclü və nüfuzlu aktor kimi müasir dünya siyasətində geniş təsir imkanlarına malikdir

Azərbaycan-Çin münasibətlərinin inkişaf səviyyəsi və perspektivlərindən bəhs etməmişdən öncə hər iki ölkənin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, geosiyasi statusu barədə analitik qənaətlər ifadə etmək məqsədəmüvafiq olar. Beləliklə:

- Azərbaycan iqtisadi potensialına və milli qüdrətinə görə Cənubi Qafqaz bölgəsinin lokomotiv aktoru, regional güc mərkəzidir. Respublikamız hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan region ölkələri ilə, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir;

-  Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan geostrateji layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsinə fundamental töhfələr verir, yeni işbirliyi platformalarının yaranmasını şərtləndirir;

- Qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir.

XXI əsrin iqtisadi güc mərkəzlərindən birinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə fərqlənən Çin Xalq Respublikası isə:

- Müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi mühüm aktorlardandır;

-  Avrasiya geosiyasi məkanında ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə, həmçinin Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına xüsusi əhəmiyyət verir.  Qafqaz, Xəzər-Qara-Baltik dənizləri coğrafiyası və Mərkəzi Asiyadakı bir sıra regional miqyaslı, qlobal xarakterli layihələrə xüsusi maraq göstərən Çinin diqqətini cəlb edən əsas layihələrdən biri “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizidir;

- Çin yeni dünya nizamında söz sahibi olan, dünya siyasi və iqtisadi proseslərini regional və qlobal miqyasda istiqamətləndirmək imkanlarına sahib “G-7” dövlətlərindən biridir. Bu ölkə son 20 ildə dünyanın ən nəhəng iqtisadi və hərbi güclərindən birinə çevrilib (Çin daş kömür hasilatına, sement, polad, alüminium, pambıq parça istehsalına görə, həmçinin ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq iqtisadiyyatın artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında aparıcı yerlərdən birini tutur);

- ÇXR Birləşmiş Millətlər Təşkilatında mühüm institusional təsir imkanlarına malikdir.

Çoxşaxəli münasibətlərin inkişafi regional və beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfədir

Çin Xalq Respublikasının xarici siyasət konsepsiyasına nəzər saldıqda müşahidə etdiyimiz məqamlardan biri budur ki, bu ölkə müstəqil siyasət həyata keçirən, regional güc mərkəzi kimi çıxış edən dövlətlərlə, o cümlədən Azərbaycanla çoxşaxəli münasibətlərin inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Öz növbəsində, Azərbaycan da bu ölkə ilə çoxşaxəli münasibətlərin inkişafında maraqlıdır. Ümummilli Lider Heydər Əliyev ölkəmizlə Çin arasında əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda, istərsə də bu ölkədə Çinin yüksəksəviyyəli rəsmiləri ilə çoxsaylı görüşlər keçirib. Öz növbəsində, Prezident İlham Əliyev də Çin Xalq Respublikasına dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər edib. Dövlətimizin başçısının sonuncu səfəri isə bu ilin aprelində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində olub. Tədbir çərçivəsində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cipinlə görüşü keçirilib. Prezident İlham Əliyevin Pekində keçirilmiş II “Bir kəmər, bir yol” forumunda iştirakı və Çin Xalq Respublikasının Sədri Si Cipin ilə görüşünün ardınca bu ölkənin Xarici İşlər nazirinin, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbərinin və bu günlərdə isə Çin parlamentinin sədrinin Azərbaycana səfər etməsi çoxşaxəli əlaqələrin dinamik xarakter daşıdığını və hər iki tərəfin münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərir. Bir məqama xüsusi diqqət yetirək: Pekində keçirilmiş II “Bir kəmər, bir yol” forumuna Cənubi Qafqaz regionundan dövlət başçısı statusunda yalnız Prezident İlham Əliyev dəvət olunmuşdu. Çin parlamentinin sədri isə Cənubi Qafqaz regionu ölkələri sırasında yalnız Azərbaycana səfər edib.

Ümumiyyətlə, Azərbaycan-Çin münasibətlərini xarakterizə edərkən bir sıra mühüm nüanslara ayrıca nəzər yetirmək gərəkdir:

- Çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətlər hər iki tərəfin milli maraqlarına cavab verir, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsində, daha geniş anlamda Avrasiyada işbirliyi və təhlükəsizliyə fundamental töhfə kimi xarakterizə olunur;

- İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərkən nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu ölkə Azərbaycanı mühüm tərəfdaş kimi görür. Ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu və logistika imkanları Çindən Avropaya böyük həcmdə yüklərin daşınması üçün geniş perspektivlər vəd edir;

- Azərbaycan-Çin münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən biri hər iki ölkənin beynəlxalq müstəvidə fəal əməkdaşlığı və bir-birini qarşılıqlı surətdə dəstəkləməsidir. Azərbaycan vahid Çin siyasətini dəstəkləyir. Çin isə öz növbəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəti şəkildə dəstəkləyir. Bunlarla yanaşı, parlamentlərarası əlaqələrin də iki ölkə arasında çoxşaxəli münasibətlərin inkişafında mühüm rolunu xüsusi qeyd etmək lazımdır;

Beləliklə, yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin dostluq və tərəfdaşlıq münasibətləri parlaq geostrateji perspektivlər vəd edir, hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.

Nurlan QƏLƏNDƏRLİ

 

19 Oktyabr 2019 Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub - FOTO
18 Oktyabr 2019 Mehriban Əliyeva xalqı təbrik etdi
18 Oktyabr 2019 14 il əvvəlki təxribat və növbəti cinayətə çağırış
17 Oktyabr 2019 "Əli Kərimli çaxnaşma görüntüsü yaradıb, müəyyən dairələrə mesaj ötürməyə çalışır" - Yeganə Hacıyeva
17 Oktyabr 2019 Vilayət Eyvazov generalı təqaüdə göndərdi -FOTO
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir” - Siyavuş Novruzov
17 Oktyabr 2019 "Prezidentin çıxışı gələcək inkişaf hədəflərimizi göstərdi"- Ramin Əhmədov
17 Oktyabr 2019 "Maşın şou"da qalmaqal: "Əlini götür get..." - VİDEO
16 Oktyabr 2019 Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 2019 ‘Gənc, savadlı kadrları işə cəlb edin’ – Prezidentdən Baş Nazirə tapşırıq
16 Oktyabr 2019 Milli Şuranın mitinqinə icazə verildi - Bu ərazidə
16 Oktyabr 2019 Əli Kərimlinin canlı yayımında rüsvayçı başlıq – Mitinqə söyüşlü çağırış - FOTO
15 Oktyabr 2019 "İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirib" - Ramin Əhmədov
14 Oktyabr 2019 AzTV-də nələri gördük? - Nicat Dağlar yazır
14 Oktyabr 2019 Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır - Prezidentlə görüşdü - FOTO
14 Oktyabr 2019 Suriya əsgərləri Türkiyə ordusuna qarşı döyüşə gedir - Gözlənilməz manevr - VİDEO
12 Oktyabr 2019 DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...
11 Oktyabr 2019 İlham Əliyev MDB Dövlət Başçılarının sammitində - FOTO
11 Oktyabr 2019 Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu
10 Oktyabr 2019 Noyabrda ardıcıl 3 gün iş olmayacaq