dfgbggdfhgdfhgdfhghfhgf.jpg

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına səfərləri xüsusi önəm daşıyır. Birinci xanım zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən evlərin vəziyyəti ilə maraqlanıb, vətəndaşların sevincini bölüşüb, evlərdə qonaq olub. Bu, çox önəmli məqamdır. Yəni bu onu göstərir ki, sərəncamların və tapşırıqların icrası dövlətin nəzarətindədir. Bu, Prezidentin və birinci xanımın vətəndaşlara göstərdikləri diqqət və qayğının davamlı və ardıcıl olduğunun sübutudur”.

Missiya.Az
 xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxı və İsmayıllı səfərlərini şərh edərkən deyib. 

Onun sözlərinə görə, sosial sahədə verilən sərəncamlar və onların qısa müddət ərzində icra olunması Azərbaycan dövlətinin dayanıqlı maliyyə imkanlarına malik olduğunu göstərir: “Azərbaycan regionun ən güclü dövlətidir və yalnız özünün iqtisadi imkanlarına güvənir. Bu səbəbdən əhalinin rifah alının yaxşılaşdırılması, maaş və pensiyaların artımı, şəhid və Qarabağ əlillərinə göstərilən dəstək və s. mövsümi xarakter daşımır. Sosial sahədə atılan addımlar əvvəlcədən planlaşdırılan və icrasına xüsusi nəzarət olunan prosesdir. Bu, dövlətin prioritetlərindən irəli gələn dayanaqlı siyasətdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəlzələdən zərər çəkmiş vətandaşlarımıza baş çəkməsi, yeni evlərin tikintisi ilə bağlı işlərin icra vəziyyətilə yerində tanış olması, yeni evlərə köçmüş sakinlərin şəraitilə maraqlanması göstərir ki, dövlət öz vətəndaşının taleyinə xüsusi həssaslıqla yanaşır. Sözsüz ki, görülən işlərdə Heydər Əliyev Fondunun da böyük əməyi var və biz bilirik ki, nəinki zəlzələdən zərər çəkmiş bölgələrdə, ümumiyyətlə ölkənin hər tərəfində aparılan quruculuq işlərinə Heydər Əliyev Fondunun da misilsiz töhfələr verir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15684818265497146550_1000x669.jpg

YAP rəsmisi ölkə başçısının və birinci xanımın daim vətəndaşların yanında olduğunu vurğulayıb:
 “Ölkə rəhbərliyi daim əhalinin həssas təbəqələrinin sosial şəraitinə xüsusi diqqət yetirib. Biz demək olar ki, hər ay Prezidentin və birinci xanımın bölgələrə səfərlərinin, sakinlərlə görüşlərinin şahidi oluruq. Onlar vətəndaşlarımızla səmimi görüşlər keçirir, problemləri dinləyir və qaldırılan məsələlərin həllinə dair müvafiq tapşırıqlar verirlər. Bütün bunlar Azərbaycan vətəndaşının dövlətə, prezidentə inamını daha da artırır və ölkəmizdə aparılan sosial siyasətinin daimi xarakterdə olduğunu nümayiş etdirir. Vətəndaşların ölkədə aparılan sosial siyasətə adekvat reaksiyası deməyə əsas verir ki, atılan addımlar, verilən sərəncamlar, tapşırıqlar insanların ürəyincədir. Biz dəfələrlə şahidi olmuşuq ki, prezident və xanımı hər hansı bölgəyə səfər edərkən problemi olan vətəndaşı səbrlə dinləyirlər. Bu, böyüklüyün, liderliyin əsas əlamətlərindən biridir. Biz xoşbəxt xalqlardanıq ki, əhalisinə dəyər verən, onu dinləməyi bacaran, millətini sevən liderimiz var. Ölkə əhalisi İlham Əliyevin və Mehriban Əliyevanın Azərbaycanın inkişafına hədəflənmiş addımlarını dəstəkləyir və yürüdülən siyasətin müsbət təzahürlərini öz həyatlarında hiss edirlər”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_003fffff.jpg

Ramin Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları dövlətin qayğısını öz üzərlərində hiss edir və Prezidentin sosial yönümlü siyasətinin ölkə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmağa hesablandığını açıq və aydın şəkildə müşahidə edirlər.

 


01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol