b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_svffffgfgfgfggffgfgfg.jpg

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yeni direktor təyin olunub.

Missiya.Az xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı “ASAN xidmət” mərkəzinin direktoru təyin edilib. 

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edib. 

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.  

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.

report.az

16 Dekabr 2019 Bakıda avtoxuliqanlıq edən sürücülər qəza etdi - Saxlanılan var - VİDEO
14 Dekabr 2019 Azərbaycanı təhqir edən "bloger" deportasiya olundu - RƏSMİ
14 Dekabr 2019 Bakıda ana və qızı qətlə yetirilib
14 Dekabr 2019 İlyas İsmayılov oğlunu öldürmüş şəxslə üzləşdi
13 Dekabr 2019 İş adamları "Eurohome" rəhbərinin - TƏKLİFİNİ QƏBUL ETMƏDİLƏR
13 Dekabr 2019 “EuroHome”da malları yanan sahibkarlara ŞAD XƏBƏR
13 Dekabr 2019 Dünya mediası azərbaycanlı bəydən yazdı - İzləyicilər cütlüyü boşanmağa çağırdı - VİDEO
13 Dekabr 2019 Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi
12 Dekabr 2019 Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
11 Dekabr 2019 "Heydər Əliyev olmasaydı Azərbaycanı məhv edəcəkdilər" - Ramin Əhmədov
11 Dekabr 2019 Bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI
11 Dekabr 2019 Azərbaycanlı həkimdən böyük uğur: 5,3 milyon avro mükafat alıb
10 Dekabr 2019 Ramin Əhmədov medalla təltif olundu - FOTO
10 Dekabr 2019 Nizami rayonunda Veteranlar Birliyinin 25 illik yubileyi qeyd olunub - FOTO
10 Dekabr 2019 Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR!
10 Dekabr 2019 Bakıda ticarət mərkəzi yanır - VİDEO
09 Dekabr 2019 Naxçıvan Ali Məclisi buraxıldı - SƏRƏNCAM
09 Dekabr 2019 Prezident iki köməkçisinə əlavə vəzifə verdi - SƏRƏNCAM
09 Dekabr 2019 “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu
09 Dekabr 2019 Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO