b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1563509421_trend_oyunlar_baglanish_280615_02.jpg
Yaşadığı yer üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar.

Missiya.Az 
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər.

Qurumun Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Jalə Nəsibovanın sözlərinə görə, yaşadığı yer üzrə qeydiyyata düşənlər əsas qeydiyyatda olduğu yerdən çıxarılmadan aparılır.

Məqsəd ölkədə kriminogen vəziyyətə nəzarəti gücləndirmək və vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Rayondan paytaxda və yaxud da başqa şəhər və rayona işləməyə gedib və kirayədə qalan şəxslər Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsin ''bpqmi.gov.az'' saytında, ''vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması üzrə elektron müraciət'' bölməsinə daxil olamaqla müraciət edə bilərlər.
 
Bunun üçün mütləq qaydada evi kirayə verən şəxs və ya otel rəhbəri həmin bölümdə özünə şəxsi kabinet açmalı, daha sonra onun evində qalacaq adamın şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməlidir.

Əgər vətəndaş əvvəl kirayə qaldığı evdən çıxıb başqa bir mənzilə köçərsə, orda yenidən qeydiyyata düşməlidir. Bu zaman sistemdə əvvəlki qeydiyyatdan dərhal çıxarılır.

Bu qayda axtarışda olub başqa bir ünvanda özünə sığnacaq tapmaq istəyən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən daha tez saxlanılmasında da böyük rol oynayacaq.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 


23 Avqust 2019 “Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi” - Qabil Hüseynli
23 Avqust 2019 Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə
22 Avqust 2019 Sabah 42 dərəcə isti olacaq - PROQNOZ
22 Avqust 2019 Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
22 Avqust 2019 Prezidentin mükafatlandırdığı ifaçı: "Bu, çox böyük diqqətdir"
21 Avqust 2019 “Attestatla bağlı polisə çağırılmışam” –Orxanın atası
21 Avqust 2019 "Arzumuz, xəyallarımız baş tutmadı" - Pilotun xanımı
21 Avqust 2019 55 yaşlı kitab adam
20 Avqust 2019 Nəsimi rayonunda dövlət əmlakı məhv olur – Baxımsız qalmış parkdan FOTOLAR
20 Avqust 2019 Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avqust 2019 Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA
19 Avqust 2019 MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO
19 Avqust 2019 “Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
17 Avqust 2019 Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – Vüqar Bayramovla videomüsahibə
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub
14 Avqust 2019 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 pulsuz çimərlik yaradılıb - FOTO