b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15289716064567.jpg Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir. 1997-ci ilin 15 iyunundan qeyd edilən bayrama 1998-ci ildən dövlət statusu verilib.
 

Missiya.Az xəbər verir ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
  
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
 
1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq illərdir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.
10 Dekabr 2019 Nizami rayonunda Veteranlar Birliyinin 25 illik yubileyi qeyd olunub - FOTO
10 Dekabr 2019 Bakıda ticarət mərkəzi yanır - VİDEO
09 Dekabr 2019 Naxçıvan Ali Məclisi buraxıldı - SƏRƏNCAM
09 Dekabr 2019 Prezident iki köməkçisinə əlavə vəzifə verdi - SƏRƏNCAM
09 Dekabr 2019 “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu
09 Dekabr 2019 Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO
09 Dekabr 2019 Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO
07 Dekabr 2019 Ramin Əhmədov Fəxri Fərmanla təltif olundu - FOTO
07 Dekabr 2019 Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR
06 Dekabr 2019 Azərbaycanlıya Pentaqonda yüksək vəzifə verildi - FOTO
06 Dekabr 2019 Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
05 Dekabr 2019 Sabah Azərbaycanda 650 min ağac əkiləcək
05 Dekabr 2019 MİDA-ya yeni TƏYİNAT
05 Dekabr 2019 “Milli Amal” könüllüləri – Abşeronun pərvanələri
05 Dekabr 2019 Mədət Quliyev generala VƏZİFƏ VERDİ
04 Dekabr 2019 İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO
04 Dekabr 2019 Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub - FOTO
04 Dekabr 2019 Prezident yeni icra başçıları təyin etdi - SƏRƏNCAM
04 Dekabr 2019 "Bakı Metropoliteni" bina tikintisini dayandırdı - Vətəndaşlar mənzilsiz qaldı - VİDEO