b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_61804800_120578099162471_8864794498736062464_n.jpg

Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

Missiya.Az xəbər verir ki, Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. 

Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Səbəb M.Budaqlı və digər iki nəfərin T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayması olub.

Söz-söhbətləri eşidən Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin Budaqlı onun qəzəbindən yan keçə bilib.

Bu arada, qətl qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_mubariz.jpg

İlkin dindirilməsi zamanı saxlanılan şəxs, iyunun yeddisində M.Qubadlı ilə avtotəmir yerində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.

Qeyd edək ki, qətldən dərhal sonra, bu hadisənin digər kriminal avtoritet, qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair fərziyyələr və söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş verən kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.

Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsinin ərazisində,  “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıb.

Adı çəkilən şəxslər 10-GD-021 dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobildə hadisə yerindən qaçmaq istəyib.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_delo1.jpg

 

24 Avqust 2019 Təhsil nazirindən yeni - TƏYİNAT
23 Avqust 2019 “Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi” - Qabil Hüseynli
23 Avqust 2019 Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə
22 Avqust 2019 Sabah 42 dərəcə isti olacaq - PROQNOZ
22 Avqust 2019 Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
22 Avqust 2019 Prezidentin mükafatlandırdığı ifaçı: "Bu, çox böyük diqqətdir"
21 Avqust 2019 “Attestatla bağlı polisə çağırılmışam” –Orxanın atası
21 Avqust 2019 "Arzumuz, xəyallarımız baş tutmadı" - Pilotun xanımı
21 Avqust 2019 55 yaşlı kitab adam
20 Avqust 2019 Nəsimi rayonunda dövlət əmlakı məhv olur – Baxımsız qalmış parkdan FOTOLAR
20 Avqust 2019 Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avqust 2019 Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA
19 Avqust 2019 MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO
19 Avqust 2019 “Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
17 Avqust 2019 Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – Vüqar Bayramovla videomüsahibə
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub