b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_7cd5fdb5-f723-48e3-936f-9a991fc518a0cx7cy0cw71w1023r1s_5cda6edf7950a.jpg

"Hazırda bununla bağlı işlər gedir".

Missiya.Az xəbər verir ki, Azərbaycandan “Avropa Liqası”nın finalı üçün bilet alınan zaman insanlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Hər bir bilet şəxsiyyət vəsiqəsinə bağlıdır. 

AFFA-nın baş katibi Elxan Məmmədov məsələ ilə bağlı bunları deyib: 

 “Dövlət Təhlükəsizlik Xidməti ilə “qara bazar”ın qarşısını almaq üçün işlər görülür. Onlayn formada alınan bilet isə azarkeşin telefonuna göndəriləcək. Həmin şəxslər stadiona yaxınlaşaraq, “Bluetooth” funksiyasını aktivləşdirərək, bileti əldə edə bilər. 

Ona görə də onlayn formada alınan biletlər “qara bazar”da satışa çıxarıla bilməz. Texniki cəhətdən bu mümkün deyil. Stadionda quraşdırılan xüsusi aparat vasitəsilə “Bluetooth” funksiyası aktivləşən zaman həmin telefona göndəriləcək və azarkeş bunun köməyilə stadiona daxil ola biləcək. 

Fiziki satış zamanı “qara bazar” hansısa yollarla bilet əldə edə bilər, ancaq təhlükəsizlik xidmətləri bunun qarşısını alacaqlar. Hazırda bununla bağlı işlər gedir. 

İki min əlavə bilet satışa çıxarılacaq. 20 min bilet UEFA tərəfindən bu qurumun nümayəndələrinə, sponsorlara, müxtəlif futbol federasiyalarına təqdim edilib. Hər bir kluba altı min bilet verilir. Klublar əlavə bilet ehtiyac olduğu təqdirdə bunun üçün UEFA-ya müraciət edə bilərlər. Müraciətdən sonra bu say altı mindən 8-10 minə qaldırıla bilər”. 

Qeyd edək ki, final matçına onlayn formada beş min bilet alınıb. Ölkəmizə fiziki satış üçün 10 min bilet təqdim olunub və bu satış mayın 1-dən başlanıb. Onların əksəriyyəti artıq satılıb.



02 İyun 2020 Azərbaycanda kəndə ilanlar hücum etdi - ŞOK VİDEO
01 İyun 2020 Azərbaycanda ağır koronaviruslu xəstələr bu metodla sağalır
01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ