b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfggggggggggggggggggggggggggggggggggrrr.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "Tofiqin vətəni, ingilisin “tövsiyyəsi” və göz çıxaran Bakı" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

İngiltərə futbolun vətəni hesab olunsa da bu vaxta qədər yalnız bir dəfə dünya çempionu olmağı bacarıblar. O da məhz azərbaycanlı kişinin sayəsində!

1966-cı ildə keçirilmiş dünya çempionatının final qarşılaşmasında yan xətt hakimi Tofiq Bəhramovun dəqiqliyi və prinsipiallığı sayəsində ingilislərin mübahisəli topu qol kimi qeydə alındı. O vaxtdan 53 il keçib və ingilislər dünya kubokunu ikinci dəfə başları üzərinə qaldırmağa müvəffəq ola bilməyiblər…

2006-cı ildə ingilislər Bakıya gəlmişdi. Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Azərbaycanla İngiltərə milliləri qarşılaşacaqdı. Oyundan əvvəl Tofiq Bəhramovun abidəsinin açılışı oldu. Mərasimdə FİFA-nın o vaxtkı prezidenti Jozef Blatter və qurumun İcrayyə Komitəsinin üzvü Mişel Platini də iştirak edirdi. Diqqətçəkən bilirsiniz nə idi? Tədbirə qatılmış ingilis azarkeşlər, üzərində, “Sağol, cənab Bəhramov!” yazılmış köynəklər geyinmişdilər.

O vaxt “Bakı-Xəbər” qəzeti üçün ingilislərin Bakı macərasından reportaj da hazırlamışdım. Yadımdadır, paytaxtın gecə klubları, əyləncə məkanları ingilis azarkeşlər tərəfiindən “zəpt” olunmuşdu. Qışqırıb-bağırır, mahnı oxuyur, alkoqollu içkiləri az qala vedrə ilə qəbul edirdilər… Bir neçə yerdə bir-biriləri ilə davaya da qalxmış, olduqları məkanlara böyük məbləğdə ziyan vurmuşdular. Gəcə saatlarında küçədə zıbıl qutularını təpikləyən azarkeş dəstələri ilə də qarşılaşmışdım…  Amma birinin burnunu qanatmadıq. Hansısa azarkeşin cibinə girən olmadı. Ümumiyyətlə, ingilis azarkeşlərin Bakıda olduğu günlər ərzində onların xətrinə dəyəcək hər hansı hərəkətə yol verilmədi, hər hansı birinə, “gözün üstə qaşın var” deyən olmadı.

Sonrakı ilərdə də Bakıya ingilis futbol azarkeşləri az gəlməyib. Mayın 29-da Bakıda final qarşılaşmasına çıxacaq klubların – “Çelsi” və “Arsenal”ın azarkeşləri də ilk dəfə deyil ki, Azərbaycana təşrif buyururlar. İki il əvvəl “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşıb. Ötən il isə  “Qarabağ” “Arsenal”ı Bakıya gətirib. Bu klublardan hansı birinin azarkeşi Bakıda xoşagəlməz hadisə ilə qarşılaşıb? Hansı birini “qaranlıq küçələrimizdə” soymuşuq? Ümumiyyətlə, bu vaxta qədər Bakıya gəlmiş ingilis azarkeşlərdən kiminsə başına bircə çırtma vurmuşuqmu? Yox əlbəttə, olmayıb. Elə isə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı xəbərdarlıq nədən və ya haradan qaynaqlanır?  Dünyanın ən sabit və təhlükəsiz şəhərləri sırasında Bakının da adı çəkildiyi halda, Avroliqanın final oyunun paytaxtımızda keçirilmısinin məqsədəuyğun olmaması barədə rəy yaratmağa hesablanmış çalışmalar, “ehtiyatlı olun, qaranlıq küçələrdə gəzməyin” kimi “səyahət tövsiyyələri” gülünc görünmürmü?

Bakı irimiqyaslı idman yarışlarının təhlükəsiz şəkildə keçirildiyi şəhərdir. Burada hər il onlarla qlobal xarakterli tədbirlər təşkil olunur. Paytaxtımız transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı şəhər kimi şöhrət qazanıb. Azərbaycana gələn turustlər buradakı təhlükəsiz mühitdən, insanlarımızın qonaqpərvərliyindən ağız dolusu danışırlar. İndi bu Britaniya XİN-dəkilərə və onların yaydığı “səyahət tövsiyyəsi”ndən istifadə edərək ölkəmizin beynəlxaq nüfuzuna xələl yetirməyə çalışan məkirli dairələrə kim deyib ki, Bakıda, məsələn, Londondakı Vestminster, Xammersmit, Fulem, Kamden və sairə kimi kriminalın at oynatdığı, turistlərin nəinki cibi soyulan, anadan əmdiyi də burnundan gətirilən kvartal və rayonlara oxşar ərazilər var? Bakıda olmuş hansı ingilis turist onlara deyib ki, bizim paytaxta Londonun bir ildə hər kvadratmetrinə 4 min cinayət hadisə düşən mərkəzi rayonları ilə müqayisə oluna biləcək məhəllələrə rast gəlinir?  Deyə bilməzlər, mümkün deyil. Yayılan çağırışların, narahatlıq ifadə olunan “tövsiyyələrin” heç bir əsası yoxdur.

Səbəb sadədir və bildiyimizdir:

Hər dəfə Bakıda nüfuzlu beynəlxalq tədbirlər, böyük idman və musiqi yarışları keçirilərkən Azərbaycanın uğurlarını həzm edə bilməyən mərkəzlər hərəkətə keçir, ölkəmiz haqqında qarayaxma kampaniyaları aparırlar. Görünür Bakının Avropa Liqası kimi nüfuzlu turnirin final qarşılaşmasına ev sahibliyi etməsi də həmin dairələrin yuxusunu ərşə çəkib. Tamamilə dəxli olmayan məsələlərin “ətəyindən” yapışanlar da var, dəfələrlə səsləndirilmiş və hər hansı real fakta söykənməyən iddilarla çıxış edənlər də. Xaricdən çalınan “zurnanın” sədası qulaqlarına dəymiş ölkədəki siyasət dəllalları da sevincək halda həmrəylik yallısı gedirlər… Nəymiş? Bəs deməzsənmi, Bakı barədə xoşagəlməz fikirlər söylənilib, ingilislərə deyilib ki, orada başınıza “pis işlər” gələ bilər. İçimizdəki həşaratlar bundan xoşhal olub, Bakı Finalına qarşı kampaniyanı genişləndirməyə çalışır, öz qapımıza “qol vurmağa” can atırlar.  Ay sizi yaramazlar, ay sizi…

Əlbəttə, boş və mənasız cəhdlərdir! Bakı Finala hazırdır və aparılan çirkli oyunların da həmişəki kimi nəticəsiz qalacağına heç keəsin şübhəsi olmasın. Bu qarşılaşmaya dünyanın 100-dən artıq ölkəsindən biletlər alınıb! Kimin nə deməsindən, hansı uydurma ilə çıxış etməsindən asılı olmayaraq, mayın 29-da bütün dünyanın diqqəti Bakıya yönələcək! Finalı izləmək üçün Bakıya gələcək turistlər Brtitaniya XİN-nin yaydığı xəbərdarlığın da, bundan bəhrələnərək Azərbaycana qarşı növbəti qara oyunlar qurmağa çalışan dairələrin müəlliflik etdiyi çağırışların da əsassız olduğunu öz gözlərilə görəcək, Bakıya da insanlarımıza da heyran qalacaqlar. Bu vaxta qədər keçiridyimiz hansı tədbirdən sonra belə hallar yaşanmayıb ki? Hansı yarışı, hansı konserti, hansı qlobal tədbiri nümunəvi keçirməmişik?..

Əminəm: Avropa Liqasının Bakı Finalı da göz qamaşdıracaq! Kim istəsə, “Göz çıxaracaq” kmi də oxuya bilər…

Hələ bu harasıdır, gələn il də Azərbaycanda futbol bayramı yaşanacaq. Avropa Çempionatının bir neçə oyununa ev sahibliyi edəcəyik. Hətta yarımfinal qarşılaşmalarından biri paytaxtımızda keçiriləcək.

Qısası, futbol azarkeşlərini nağıl kimi günlər gözləyir!

İnanıram, çox keçməyəcək ki, Bakı Çempionlar Liqasının da Finalına ev sahibliyi edəcək.

Gün gələr Dünya Çempionatının həyəcanını da EVİMİZDƏ yaşayarıq!

Azərbaycan buna layiqdir!

Azərbaycan buna qadirdir!

 P.S. Əslində Britaniya XİN-i azarkeşlərə bir cümlə ilə müraciət etməliydi:

“Siz İngiltərinin dünya çempionu olmasında müstəsna rol oynamış ƏDALƏTLİ HAKİMin vətəninə gedirsiz!”



04 İyun 2020 Evdən çıxmaq istəyənlər belə İCAZƏ ALACAQ
04 İyun 2020 Azərbaycanda ən sərt karantin rejimi TƏTBİQ EDİLƏCƏK - QƏRAR VERİLDİ
04 İyun 2020 “Korrupsioner məmurların cəzalandırılması sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir” – Ramin Əhmədov
04 İyun 2020 Sabahdan bu şəhərlərdə iş saatı dəyişir — Baş Nazir qərar verdi
04 İyun 2020 6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ
04 İyun 2020 BDU-da Respublika virtual elmi konfransı keçirilib - FOTO
04 İyun 2020 Həftə sonları yalnız bu şəxslərin işləməsinə icazə veriləcək - RƏSMİ AÇIQLAMA
04 İyun 2020 Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ
04 İyun 2020 “Keşikçidağ”da təxribat törədiləcəyi barədə məlumatlar var - RƏSMİ
04 İyun 2020 Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
03 İyun 2020 İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
03 İyun 2020 Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
03 İyun 2020 Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
03 İyun 2020 ABŞ-dakı ixtişaşlarla bağlı ilginc iddialar: Trampı kimlər devirmək istəyir? - Saxta videolar və SOROS
03 İyun 2020 Bakıda əməliyyat olunan doqquz yaşlı uşaq xəstəxanada öldü
03 İyun 2020 Bu yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək – SİYAHI
03 İyun 2020 Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ
02 İyun 2020 Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
02 İyun 2020 Daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02 İyun 2020 Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl