b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_747269.jpg

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.

Missiya.Az xəbər verir ki, bununla bağlı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə "buraxıldığı günə" sözlərindən sonra "(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)" sözləri əlavə edilir.

Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanuna dəyişiklik kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədilə təqdim edilir.

20 İyul 2019 "Dövlətimiz nə qədər güclü olarsa, diaspor da bir o qədər dayanıqlı olar" - Hikmət Cavadov (Video)
19 İyul 2019 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb
19 İyul 2019 Bakıda inanılmaz hadisə: dənizdə boğulub "ölən" gənc ayıldı
19 İyul 2019 “FaceApp” haqqında yayılan iddialara cavab verdi
19 İyul 2019 Bakıda bu şəxslər 500 manat cərimələnəcək - Polisdən XƏBƏRDARLIQ
17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Bakıda bu məktəblər söküləcək
16 İyul 2019 Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16 İyul 2019 Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
16 İyul 2019 Sabirabad bazarındakı dəhşətli yanğının təfərrüatı
15 İyul 2019 Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15 İyul 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - VİDEO
14 İyul 2019 Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr...
12 İyul 2019 "Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda intibah mərhələsi başladı" - Ramin Əhmədov
12 İyul 2019 Masallıda baş verən dəhşətli qəzanın tükürpərdici məqamları - VİDEO
11 İyul 2019 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11 İyul 2019 Prezident Rəsulzadənin nəvəsini təltif etdi
10 İyul 2019 Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub - VİDEO
10 İyul 2019 İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü