b_550_325_16777215_00_images_xeber_sekilleri_02iyul2018_36609951_2141137505914843_6592773167272427520_n.jpg

"Azərbaycan - Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi" konfransının iştirakçıları cəbhə xəttində Lələtəpə strateji hündürlüyünü ziyarət  etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri bu səfəri Rusiya prezidenti Vladimir Putinin Ermənistanın yeni baş naziri Nikol Paşinyana verdiyi mesaj kimi qiymətləndirir.

Səfərdə diqqətçəkən məqamlar var. Rusiya ilə bağlı nüfuzlu konfrans Azərbaycanın 2016-cı ildə keçirdiyi əməliyyatlar zamanı işğaldan azad olunan Cocuq Mərcanlı kəndində təşkil olunub. Beynəlxalq konfransdan sonra Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev, ictimai xadim Maksim Şevçenko və tanınmış hərbi ekspert İqor Korotçenko Lələtəpə strateji yüksəkliyinə qalxıblar. Konfrans iştirakçıları bu mövqedə xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə görüşüb, xidmət şəraiti ilə tanış olublar.

Lələtəpə strateji yüksəkliyinə səfər edən deputat qrupu arasında Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin olması xüsusi diqqətçəkən məqamlardandır.


b_550_325_16777215_00_images_xeber_sekilleri_02iyul2018_Screenshot_308.jpg

Politoloq Qabil Hüseynli Missiya.Az-a açıqlamasında Rusiya Dövlət Dumasının deputatlarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməsini yüksək qiymətləndirib: “Cocuq Mərcanlıda keçirilən konfrans yüksək əhəmiyyətli tədbir idi. Əvvəla, belə görürük ki, Rusiyanın ictimai rəyində həqiqətə doğru kəskin dönüş var”.

Q.Hüseynli bildirib ki, “Beynəlxalq Avrasiya Hərəkatı” lideri Aleksandr Duqinin “Cənubi Qafqazda Azərbaycan Rusiyanın  bir nömrəli müttəfiqidir” deməsinin özündə rəsmi Bakı üçün böyük şans var: “Məşhur jurnalist Maksim Şevçenkova “Dağlıq Qarabağ və işğal olunmuş 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır” dedi. Həmçinin digər deputatlar da Azərbaycan torpaqlarının qəti surətdə geriyə qaytarılmasını tələb etdilər. Bu onu göstərir ki, Rusiyanın Qarabağla siyasətində dəyişikliklər gözləməyə dəyər”.

Politoloq Qarabağ münaqişəsi ilə bağlı gələcəkdə baş verə biləcək irəliləyişlərdən də danışıb: “Biz münaqişənin həlli ilə bağlı dəyişikliklərin olacağını Azərbaycan prezidentinin avqustun 30-da Moskvaya rəsmi səfərindən sonra görə biləcəyik. Həmin vaxt prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüş zamanı sənədlər də imzalana bilər. İndidən, hərhalda pozetiv dəyişikliklərin şahidi olmaqdayıq”.

Q.Hüseynli Rusiyanın Azərbaycan vasitəsi ilə Ermənistana mesaj göndərdiyini deyib: “Bu məsələdə Rusiya özü də Azərbaycana bir növ pas ötürməklə Ermənistana xəbərdarlıq etmək istəyir. Rusiya istəyir ki, Ermənistan siyasətində dəyişiklik etsin”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_02iyul2018_1466854473.JPG

Politoloq bildirib ki, Rusiya Azərbaycanla münasibətləri tərəfdaşlıqdan müttəfiqliyə qədər qaldırmaq istədiyini iddia edir. “Bu, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması deyməkdir. Amma Azərbaycanın birdən birə Rusiya ilə bu təşkilatlarda əməkdaşlıq etməsi tez başlayan proses deyil. Ərazi bütövlüyü təmin olunduqdan sonra Azərbaycan Rusiya ilə  münasibətlərin daha yüksək strateji formada inkişaf etdirə bilər”.

Qabil Hüseynli rusiyalı deputatların işğaldan azad olunan ərazilərə səfər etdiyi bir vaxta Azərbaycanın müharibəyə hazırlığından da danışıb. O bildirib ki, Azərbaycan müharibəyə tam hazırdır: “Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumətinin tutduğu mövqe danışıqları sabotaj etməkdən, danışıqlar prossesinə əlavə şərtlər irəli sürməkdən ibarətdir. Hətta, Paşinyanın əməllərinə ATƏT-in Minsk Qurupu da heç nə edə bilmədi. Belə olan şəraitdə, sülh danışıqları yoxdursa, onun alternativi müharibədir. Azərbaycanın parad və hərbi təlimlər keçirməsi, müharibəyə tam hazır olduğumuzun bariz nümunəsidir. Müharibənin başlanmasına beynəlxalq amillər və Rusiyanın siyasi manevrləri təsir edirə bilər. Hələ ki, Qarabağ ətrafında bu pozitiv rüzgarlar əsir. Amma biz bunun müqavilələr üzərində öz təcəssümünü tapmasını gözləyirik”.


b_550_325_16777215_00_images_xeber_sekilleri_02iyul2018_fgfgf.jpg

Qeyd edək ki, Rusiya və Ermənistan mediası da deputatların işğaldan azad olunan ərazilərə səfər etməsini geniş müzakirə edir. Erməni şərhçi Razmik Akopdjanyan Ermənistan hakimiyyətini məyus edəcək fikirlərlə çıxış edib. O qeyd edib ki, Azərbaycan Rusiya üçün önəmli bir dövlətdir və rəsmi Moskva artıq Qarabağla bağlı yeni plan hazırladığını gizlətmir: “Azərbaycan Qafqazda Rusiyanın tək müttəfiqidir”. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir, Gürcüstan və Ukrayna dostluq edir, GUAM-da təmsil olunur. Kreml isə bütün bunlara rəğmən, Bakının əlini sıxır və onu dəstəkləyir. Görünür, Rusiyada Ermənistana böyük dərs verməyə qərar veriblər”.

Bütün bunlar Azərbaycanın Qarabağı azad etməyə addım-addım yaxınlaşdığının bariz nümunəsidir. Dövlətimizin uğurlu siyasəti, iştirak etdiyimiz beynəlxalq layihələr və sahib olduğumuz təbii sərvətlər bizi böyük qələbəyə yaxınlaşdırır.

Natavan Abdullayeva
Missiya.Az



06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı
03 İyul 2020 İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi
03 İyul 2020 Operativ Qərargahın üzvlərinin adları açıqlandı - TANIYAQ
03 İyul 2020 Leyla Əliyevanın doğum günüdür – FOTOLAR
02 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
02 İyul 2020 Prezident karantinlə bağlı Qanunu təsdiq etdi