dffddffggddfd.jpg

Azərbaycan Ordusunun sentyabrın 27-dən Ermənistanın təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı demək olar ki, rəsmi İrəvana son 25 ildə vurulmuş ən ağır zərbə oldu. Əməliyyat çərçivəsində Azərbaycanın işğal atında olan ərazilərinin bir hissəsi Silahlı Qüvvələrimiz tərəfindən azad olunub.

Ordumuzun uğurları və Ermənistanın yalan maşını

Ordumuz bu günə qədər düşmənin 196 ədəd tankını, 38 ədəd BM-21-ni, 1 ədəd “Uraqan” kompleksini, 8 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusunu,  2 ədəd “Qvozdika” özüyeriyən artilleriya qurğusunu, 36 ədəd piyadaların döyüş maşınını, 24 ədəd artilleriya batareyasını, 2 ədəd S-300 qurğusunu, 25 ədəd “Osa” silahını, 2 ədəd “Kub” zenit raket kompleksini, 136 ədəd topunu, 56 ədəd minaatan qurğusunu, 1 ədəd TOS 1a odsaçan sursatını və 2 ədəd radiolokasiya stansiyasını dəqiq atəşlə məhv edib. Azərbaycan Ordusunun dağıdıcı əks-hücumundan qorxuya düşən düşmən əsgərləri və zabitləri döyüş mövqelərini, silah-sursatlarını qoyaraq qaçıblar. Silahlı Qüvvələrimizin uğurlu əks-hücum həmləsi, nəyinki Ermənistan ordusunu, hətta baş nazir Nikol Paşinyan daxil, Ermənistanın bütün siyasi elitasını, xaricdəki erməni lobbisini diz çökdürdü. Əlbəttə ki, döyüş meydanında məğlubiyyətə uğradılan Ermənistanın “fake” xəbərlər yaymaq, yalanlar uydurmaq və havadarlarına yalvarmaqdan başqa çıxış yolu yoxdur.

Ermənistan əvvəlki dövrdə olduğu kimi öz işğalçı xislətini ortaya qoyur, rəsmi İrəvan xaricdəki erməni lobbisinin təsirlərindən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə, riyakar, ikiüzlü siyasəti ilə beynəlxalq ictimaiyyəti yalanlarla aldatmağa cəhd edir. Amma əminlikdə deyə bilərik ki, həm döyüş meydanında, həm də siyasi arenada aparılan sistemli iş nəticəsində Ermənistanın bu cəhdləri tam bir fiasko ilə nəticələnir.

Düşmənə həm döyüş meydanında, həm də informasiya cəbhəsində layiqli cavab verilir. Bu prosesdə əsas aparıcı rolu Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin özü oynayır. Prezident həm Orduya erməni təxribatının qarşısını almaqla bağlı əmr verməklə, həm də beynəlxalq arenada düşmənin “fake” informasiya maşınını ifşa etməklə iki cəbhədə mübarizə apardığını məharətli sərkərdə kimi nümayiş etdirir.

Ölkə başçısı həm iyul təxribatından əvvəl və sonra, həm də son əks-hücum əməliyyatları zamanı Ermənistanın işğalçı siyasətini ifşa edən çıxışlar etdi və beynəlxalq platformalarda rəsmi İrəvanın növbəti təxribatlara hazırlaşdığını dünya liderlərinin diqqətinə çatdırdı.

Ermənistanın terrorçuluq fəaliyyəti və dünyaya xəbərdarlıq

Prezident beynəlxalq ictimaiyyəti xəbərdar etdi ki, Ermənistan hakimiyyəti terrorçularla iş birliyi qurub, Dağlıq Qarabağ regionunda Azərbaycana qarşı döyüşdürmək üçün silahlı dəstələrə təlim keçirilir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında sitat:   “Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hhjhjhjhgghg.jpg

Həmçinin Prezident, Azərbaycan Ordusunun cəbhə xəttindəki qətiyyətli uğurları fonunda dünyanın bir çox nüfuzlu televiziyalarına (“CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, “Haber Global” televiziyalarına,  Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK ) verdiyi müsahibələrində ölkəmizin maraqlarını inamla, əminliklə müdafiə edib, verilən bəzən qərəzli, bəzən isə kəskin suallara əsaslandırılmış, tarixi faktlara söykənən və Ermənistan hakimiyyətini ifşa edən cavabları ilə düşmənin informasiya maşınına ağır zərbə vurdu.

Prezidentin “Rossiya-1” televiziyasına müsahibəs zamanı Ermənistanın “fake” informasiya maşınının uydurduğu  “Azərbaycana Qarabağda döyüşmək üçün muzdular gətirilib” iddialarına mükəmməl cavabı xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı.

Prezidentdən sitat: “Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

Prezidentin bu fikirləri Azərbaycanla Ermənistan arasında güc balansı, canlı qüvvə ehtiyatı barədə açıq qalan sualların konkret cavabı oldu.

Həmçinin ölkə başçısı müsahibələri zamanı ölkəmizə qarşı aparılan işğal siyasətinin 30 ilə yaxındır davam etdiyini, bu işğala qısa müddət ərzində son qoyulmalı olduğunu açıq şəkildə bəyan edir.

Prezidentin CNN-Türk televiziyasına müsahibəsindən sitat:  “Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi. Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_CNNTURK.jpg

Düşmənin siyasi elitasına sərt mesaj

Ölkə başçısı dünyanın nüfuzlu televiziyalarına müsahibələrdə Azərbaycan dövlətinin və xalqının mövqelərini əminliklə müdafiə etdi, həmçinin xalqımızın Qarabağla bağlı heç bir güzəştə getməyəcəyini bildirdi. Prezident həmçinin həm siyasi meydanda, həm də döyüş meydanında Nikol Paşinyana başa saldı ki, Azərbaycanla hədə-qorxu və şərtlərlə danışmaq olmaz. Erməni baş nazirin düşünülməmiş siyasi gedişləri Azərbaycanın ağır hərbi cavabı ilə nəticələndi.

Prezident Ordumuzun başlatdığı əks-hücum həmləsi ilə Qarabağın Azərbaycana məxsus olduğu həm erməni cəmiyyətinin, həm də siyasi elitasının yadına saldı.

Ölkə başçısının Rusiyanın RBK televiziya kanalına müsahibəsindən sitat:“…İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq. Ermənistan rəhbərliyinin bu məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Beləliklə, əminəm ki, bundan sonra Paşinyandan “Qarabağ Ermənistandır” sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “rəhbərliyi” ilə aparmalıdır. Əgər o, belə bəyanatlar verərsə, bu, o demək olacaq ki, o, həm vasitəçilərə, həm də Moskvada bu mətni razılaşdırmış öz nümayəndə heyətinə hörmətsizlik edib və mahiyyət etibarilə, o, danışıqlar prosesini yenidən pozur. Bu dəfə həmin bəyanatlar nəyə gətirib çıxardı? Zənnimcə, bunu hamı aşkar görür, lakin düşünmürəm ki, o, ikinci dəfə həmin səhvi təkrarlayar”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_rbk12331.jpg

Azərbaycan Prezidenti xalqımızın təhqir olunmasına, milli-mənəvi dəyərlərimizin aşağılanmasına, Qarabağın erməniləşdirilməsinə heç vaxt imkan verilməyəcəyini bütün dünyaya sübut etdi. Prezident bəyan etdi ki, Şuşa, Xankəndi və ən nəhayət Dağlıq Qarabağ bizim milli dəyərimizdir. Bu dəyirləri heç bir güc, heç bir şəxs təhqir edə bilməz.

Prezident Ermənistanı idarə edənlərə dərs verdi və onlara bu mesajları yolladı:

Azərbaycanın dəyərlərini və xalqını təhqir edənlərin;

Şuşada qondarma rejim üçün “andiçmə” keçirənlərin;

Qarabağın “paytaxtı”nı Şuşaya köçürməyə cəhd edənlərin;

“Qarabağ Ermənistandır” yalanını danışanların başına Azərbaycanın raketləri yağacaq!

Bu Azərbaycan xalqının, Azərbaycan prezidentinin qəti mövqeyidir!

Prezidentin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsindən sitat:  “Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan”.

fdfdddfdfdf.jpg

Prezidentin qəti mövqeyi 

Ölkə başçısı Türkiyənin “Haber Global” Televiziyasına verdiyi müsahibədə isə  Azərbaycanın mövqeyindən geri çəkilmədiyini, atəşkəsin humanitar xarakter danışıdığını, döyüş bölgəsində indi də düşmənə ağır zərbələr endirdiyini bəyan edib.

Azərbaycan Prezidentinin müsahibəsindən sitat:  “Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir… Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər”.

Azərbaycan Prezidenti xalqın sözünü deyir və bu söz qətidir! O, dünyaya bəyan edir ki, Azərbaycan Ermənistana son şansı verib: “Qoşunlar Azərbaycan ərazisindən çıxarılmalıdır!” Azərbaycanın bu tələbi yerinə yetirilməyəcəyi təqdirdə nələrin baş verəcəyi Prezidentin yuxarıdakı sitatında qeyd edilib.

Prezident İlham Əliyev bütün çıxışlarında, bəyanatlarında Azərbaycan xalqının mövqeyini nümayiş etdirir. Məsələlərə operativ müdaxilə edir və prosesi tez bir zamanda öz nəzarəti altına almağı bacarır. Bunun üçün siyasi iradə, qətiyyətli mövqe lazımdır. Azərbaycan prezidenti istər daxili, istərsə də xarici auditoriya qarşısında çıxışları zamanı xalqın sözünü deyir. O, həm Dağlıq Qarabağ münqaişəsi, həm də Azərbaycan xalqının mili iradəsinin ifadə olunması baxımından möhkəm mövqeyə malikdir. Prezidentin əmin duruşu, milli maraqlarımıza xidmət edən çıxışları, mükəmməl siyasi manevrləri Azərbaycan xalqının ona olan inamını daha da artırır.

Ölkə başçısı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində sarsılmaz mövqelərə sahibdir.

Missiya.Az


21 Oktyabr 2020 DİN əhaliyə xəbərdarlıq etdi
20 Oktyabr 2020 Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ
19 Oktyabr 2020 Hikmət Hacıyev: "Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır"
15 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür”
14 Oktyabr 2020 Prezident: "İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir"
13 Oktyabr 2020 Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Prezidentə məktub yazdı
12 Oktyabr 2020 İlham Əliyev: "Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib"
08 Oktyabr 2020 Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
07 Oktyabr 2020 Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
06 Oktyabr 2020 Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”
02 Oktyabr 2020 Hikmət Hacıyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür etdi
01 Oktyabr 2020 Rəcəb Tayyib Ərdoğan: "Atəşkəs tələbləri yersizdir"
30 Sentyabr 2020 İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"
28 Sentyabr 2020 Komendant saatında bu şəxslər çölə çıxa biləcək - Siyahı
24 Sentyabr 2020 Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır
23 Sentyabr 2020 “Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi” - Hikmət Hacıyev
22 Sentyabr 2020 DTX vətəndaşlara müraciət etdi
18 Sentyabr 2020 Azərbaycan generalları Ermənistanla sərhəddə - FOTO
14 Sentyabr 2020 İlham Əliyev: “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül qaçılmazdır”
11 Sentyabr 2020 Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq