b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ffhfghgjgj.jpg

Kollektiv Təhlükəsizlik Müqaviləsindəki (KTMT) öhdəliklərini yerinə yetirən Rusiya Ermənistanı müdafiə edə bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa aid deyil.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib:

“Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər bunlardır: KTMT üzvü ölkənin hansısa təcavüzə, kənardan hücumlara məruz qaldığı zaman müqaviləyə üzv ölkələr həmin dövləti müdafiə etməyə borcludurlar”.

Rusiya Federasiyasının hansı vəziyyətdə hərbi qüvvələrini Dağlıq Qarabağdakı münaqişə zonasına göndərməyə hazır olması ilə bağlı sualını cavablandıran Peskov qeyd edib ki, bu KTMT çərçivəsindəki öhdəliklərdən irəli gəlir:

“Hazırkı vəziyyətdə söhbət Ermənistandan gedir, Vladimir Putin bu iki məsələyə açıq şəkildə aydınlıq gətirib ki, KTMT öhdəlikləri Qarabağa aid deyil”.

Onun sözlərinə görə, Ermənistan ərazisində bəzi hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqini tapmayıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinin Rusiyanın KTMT üzərindəki öhdəliklərini yerinə yetirməsi ilə bağlı ona suallar ünvanlamadığını deyib. O, Rusiya Federasiyasının KTMT-yə üzv olan Ermənistan qarşısında öhdəliklər götürdüyünü xatırladıb və hərbi əməliyyatların Ermənistan ərazisində aparılmadığını vurğulayıb.


26 Noyabr 2020 Fransa bu gedişlə öz ərazi bütövlüyünü də təhdid altına salacaq – ŞƏRH
26 Noyabr 2020 XİN:Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur
25 Noyabr 2020 İlham Əliyev: "Kəlbəcərin işğalı o vaxt hakimiyyətdə olmuş Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir"
24 Noyabr 2020 İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub
23 Noyabr 2020 Bayden: “Amerikalılar daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə səbr göstərməyəcək”
21 Noyabr 2020 Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir - Mövlud Çavuşoğlu
20 Noyabr 2020 Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı
20 Noyabr 2020 Ordumuzun yaratdığı vahimə, heyrətamiz siyasi gediş və xalqın qəzəbi – AĞDAMI döyüşərək aldıq!
20 Noyabr 2020 İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir
19 Noyabr 2020 Ramiz Mehdiyev İdarəçilik Akademiyasından uzaqlaşdırıldı - Yerinə yeni təyinat
18 Noyabr 2020 Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
17 Noyabr 2020 Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”
16 Noyabr 2020 Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
15 Noyabr 2020 Lukaşenko ona sui-qəsdin təşkil etməyə cəhd edildiyini bildirib
13 Noyabr 2020 Vahid Əhmədovdan Polad Bülbüloğluna sərt sözlər: "Sanki Sergey Lavrovdur"
12 Noyabr 2020 Sergey Lavrov: “Ermənistan müxalifəti Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmanı spekulyasiya etməyə çalışır”
11 Noyabr 2020 Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi - Zakir Həsənov
09 Noyabr 2020 Prezident:"Bu, sual deyil, ittihamdır, siz prokuror kimi danışırsınız..."
05 Noyabr 2020 Prezident: "Bizi ittiham etməyə çalışanlar nə üçün Ermənistan tərəfindən muzdluların döyüşdüyünü görmürlər?"
04 Noyabr 2020 Döyüşlər cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ