b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_dfdgfhgfhgh.jpg

Son dövrlər Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslər həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində ciddi müzakirələrə səbəb olur. Ermənistan rəhbərliyinin qondarma rejimin yeni prezidenti üçün Şuşada təntənəli andiçmə mərasimi keçirməsi Azərbaycan cəmiyyətində və siyasi dairələrdə hiddətə səbəb oldu. Koronavirus pandemiyası ilə əlaqədar münaqişə ətrafında ciddi hərbi fəallığın olmadığı vaxtda Şuşada baş verənlər cəbhə xəttində aktiv əməliyyatlara start veriləcəyi təsəvvürünü yaratdı. Düzdür, Azərbaycan da beynəlxalq təşkilatların çağırışları nöqteyi-nəzərindən bütün diqqətini pandemiyə ilə mübarizə yönəltsə də, münaqişə ətrafında baş verən proseslərə qarşı adekvat həmlələr etməkdə ləngimədi. 

Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatları fonunda keçirilən genişmiqyaslı hərbi təlimlər rəsmi Bakının cavab tədbirləri görməyə hazırlaşdığını deməyə əsas verir.

Yəni koronavirus pandemiyası Dağlıq Qarabağ münaqişəsi ətrafında yaşanan gərginlikləri arxa plana keçirmədi.

Ekspertlərin də fikirincə, Azərbaycan və Ermənistan arasında yaşanan hərbi-siyasi ziddiyyətlərin qarşısını heç bir pandemiya, heç bir siyasi qüvvə ala bilməz. Çünki ortada işğal var və bu ədalətsizliyə son verilməyənə qədər münaqişə aktiv fazada qalacaq.

Missiya.Az xəbər verir ki, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçu Qarabağ münaqişəsi ilə bağlı verdiyi son açıqlamada bildirib ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmaların yaşanması realdır: “Çünki Azərbaycan hesab edir ki, danışıqların sonunda heç nəyə nail olmayacaq. Bu çox pisdir. Ona görə ki, müharibə heç kəsə xeyir verməyəcək. Danışıqlarla bağlı onda ciddi nəticələr əldə oluna bilər ki, konkret qərarlar qəbul edilsin. Formal danışıqlar müharibəyə aparır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_00-908.jpg

Ekspert bildirib ki, Azərbaycan əhalisi hər an müharibəyə hazırdır: “Azərbaycanda təkcə ordu deyil, əhalinin demək olar ki, bütün təbəqələri müharibəyə hazırdır. Cəmiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birlik nümayiş etdirir”.

Elvin Məmmədov
Missiya.Az



08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO
01 İyul 2020 Fəttah Heydərov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırdı
29 İyun 2020 Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs edildi - RƏSMİ
26 İyun 2020 Ermənistanın hərbi cinayətləri BMT Təhlükəsizlik Şurasındakı debatlarda müzakirə olundu
25 İyun 2020 Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK
22 İyun 2020 Azərbaycan Ordusu dağlıq ərazidə təlim keçirdi - VİDEO
19 İyun 2020 Azərbaycanda yeni şəhər yaradıldı - Prezidentdən sərəncam
18 İyun 2020 Azərbaycan və Rusiya prezidentləri sərhəddəki vəziyyəti müzakirə etdilər
17 İyun 2020 SİLAHLI TOQQUŞMA! Hindistanla Çin arasında böyük savaş başlaya bilər - Gərginliyə səbəb nədir? - VİDEO
16 İyun 2020 Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi - RƏSMİ
11 İyun 2020 İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib - FOTO
09 İyun 2020 Xəzər dənizinin Kürə qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA
08 İyun 2020 “Beşbarmaq dağı” qoruğa çevrilir - Prezident sərəncam imzaladı
03 İyun 2020 Prezident İlham Əliyev sərəncam İMZALADI
02 İyun 2020 Prezident: "Vaxtında gördüyümüz tədbirlər sayəsində minimum itki vermişik"
21 May 2020 Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi
15 May 2020 II Elizabet İlham Əliyevə məktub göndərdi
14 May 2020 "Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov Nazirlikdəki həbslərdən danışdı
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi - FOTO