gfdgfhhfgh.jpg

Çində başlayan koronavirusun yayılma miqyası 2002-2003-cü illərdə tüğyan edən, tibb aləmində SARS virusu olaraq bilinən atipik pnevmoniya epidemiyasını geridə qoyub.

Missiya.Az xəbər verir ki, bu barədə Çin rəsmi orqanlarının hesabatında deyilir. Hazırda yeni virusa yoluxanların sayının 6000 nəfərə çatdığı, 9300 şəxsin isə şübhə altında olduğu deyilir. Digər ölkələrdən gələn məlumatlarla bilirkdə ölənlərin sayının 132, sağalananların isə 104 olduğu bildirilir.

Qeyd etmək lazımdır ki, SARS virusunun yayılması zamanı Çində 349 adam ölmüşdü. Ümumilikdə həmin vaxt 8437 yoluxma halı qeydə alınmış, onun 849-u ölülmlə nəticələnmişdi. Lakin cəmi bir neçə gün öncəyə qədər Çinin Xəstəliklərin nəzarət və profilaktikası mərkəzinin rəhbəri Qao Fu yeni koronavirusun (2019-nCoV) SARS qədər təhlükəli olmadığını söyləmişdi.

“South China Morning Post” qəzeti virusun əsas qurbanlarının yaşlılar və səhhəti ilə problem yaşayanlar olduğunu yazıb. Çin həkimləri yaxın 10 gün ərzində virusun yayılmasını özünün ən zirvə nöqtəsinə çatacağını, daha sonra situasiyanın sabitləşəcəyini söyləyirlər. Honkonq universitetinin mütəxəssisləri isə Çinin iri şəhərlərində xəstələnmə hallarının aprel və may aylarında maksimuma çatacağını proqnozlaşdırırlar.

Rusiyada Səhiyyə nazirliyi nəznindəki Milli tibbi ftiziopulmonologiya araşdırmalar mərkəzi ölkədə koronavirusun yeni ştammının gəlməsi riskinin böyük, lakin yayılmasının kiçik olduğunu bildirib. Mərkəzin direktor müavini Vladimir Çulanov virusun Rusiyada fevral ayında peyda olacağını təxmin etdiklərini söyləyib. Burada Çinlə sərhəddə yerləşən Primorsk və Xabarovsk vilayətləri, Yəhudi muxtar dairəsi və Amur diyarı xüsusi riskli bölgələr hesab olunur.

Rusiyanın N.İ.Piroqov adına Milli tibbi araşdırma universitetinin infeksiya xəstəlikləri kafedrasının müdiri Vladimir Nikiforov virusun Rusiyada mutasiyaya məruz qalması və beləliklə təhlükəli miqyasda yayılmasının az ehtimal olduğunu dilə gətirib.



06 Aprel 2020 Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA
27 Mart 2020 Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN
18 Mart 2020 İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar
16 Mart 2020 Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq - 5 min AZN
12 Mart 2020 Prezident nazir müavinini vəzifədən azad edib - SƏRƏNCAM
10 Mart 2020 Azərbaycan hökuməti neftə görə təcili toplandı - Hansı qərarlar verildi?
06 Mart 2020 Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
05 Mart 2020 "Yeni parlament həyata keçirilən islahatların tərkib hissəsi olacaq" - Əli Əhmədov
04 Mart 2020 İrandan qorxunc xəbər rəsmən təsdiqləndi: Koronovirus bütün ölkəni bürüdü
03 Mart 2020 Azərbaycanda nöqsanlara görə işdən çıxarılan vəzifəli şəxsin yerinə TƏYİNAT
02 Mart 2020 Ərdoğandan Rusiya və İrana çağırış: "Suriyada bizim sizinlə dərdimiz yoxdur"
26 Fevral 2020 Azərbaycan Ordusu koronavirusa görə hərəkətə keçdi -RƏSMİ
25 Fevral 2020 Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
24 Fevral 2020 AZAL İrana uçuşları dayandırır? - RƏSMİ
21 Fevral 2020 Ərdoğanla Putinin həlledici telefon danışığı
19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı