ghghghghhj.jpg

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “Facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin qarşısı alınarkən hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərilməsinə dair xüsusatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Missiya.Az-a daxil olan məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazası təklif olunub.

Oktyabrın 19-da Milli Şura adlandırılan qurumun üzvləri, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər və digər destruktiv qruplar paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış, qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxarmayaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafında razılaşdırılmamış mitinq keçirməyə və ictimai asayişi pozmağa cəhd göstəriblər.

Paytaxtın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınıb, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək onların ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək başı nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb.

Bundan sonra barəsində qanunamüvafıq tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə gətirilmiş Əli Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilmiş və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılıb.

Həmçinin Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib.

Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatlar tamamilə əsassız olmaqla Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, qanunverciliyin müəyyən etdiyi hədlərdə və vasitələrlə fiziki qüvvə tətbiqi polis əməkdaşlarının qanuni tələblərini icra etməyən inzibati xəta və ya cinayət törətmiş şəxslərin tutulması, eləcə də hüquqpozmaların törədilməsi zamanı onlara qarşı güc işlədilməsi hallarında nəzərdə tutulub. Məlum qanunsuz təşkil edilmiş aksiyanın qarşısının alınması zamanı polis əməkdaşları tərəfindən həmin qanunvericiliyin pozulması hallarına yol verilmədiyi və ümumiyyətlə, hər hansı xüsusi vasitələrdən istifadə edilmədiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib.

18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq
11 Fevral 2020 Prezident: "Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik"
10 Fevral 2020 Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
07 Fevral 2020 ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
05 Fevral 2020 Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb
04 Fevral 2020 İlham Əliyev: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir”
03 Fevral 2020 Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA
29 Yanvar 2020 “Koronavirus”un yayılma miqyası atipik pnevmoniyanı keçdi
27 Yanvar 2020 Azərbaycanda 6 nəfər korrupsiya faktına görə işdən çıxarılıb - RƏSMİ
24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO
20 Yanvar 2020 İran Körfəzdə Küveytə məxsus üç gəmini saxlayıb
17 Yanvar 2020 Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı
15 Yanvar 2020 Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
13 Yanvar 2020 Deputatlığa namizədlərə pul veriləcəkmi? – Rəsmi
08 Yanvar 2020 Xamenei ABŞ bazalarına hücuma şəxsən rəhbərlik edib - FOTO