b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vuqar_seferov-azeuro-11.jpg

Jurnalistlər üçün istifadəyə verilən ikinci binada yaşayanlara yaxın müddətdə “kupça”lar veriləcək.

Missiya.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərin xidməti ev kimi olması ilə bağlı fikirlərinin səhv anlaşılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu binalardakı mənzillər dövlətin əmlakıdır:

“Müsahibədə mən bu evlərin xidməti evlər kimi olduğunu demişəm. "Xidməti ev" və "xidməti ev kimi" ifadələri bir-birindən fərqlənir. Xidməti evə görə order, sənəd verildikdə, həmin mənzilin xidməti ev olduğu qeyd edilir. Lakin Fondun Müşahidə Şurasının qərarı, Prezident Administrasiyasının töhfəsi ilə o evlər jurnalistlərə verilib. Avqustun 8-də biz binanın istismara qəbul edilməsi ilə bağlı dövlət aktını almışıq. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub. Bu bina hələ dövlətin balansındadır və dövlətin əmlakıdır”.

V.Səfərli həmin mənzillərin jurnalistlərdən geri alınacağı ilə bağlı narahatlığın olmadığını da söyləyib:

“Yazırlar ki, bu mənzillər xidməti ev olduğu üçün onları istənilən zaman jurnalistlərdən geri ala bilərlər. Xeyr, bu, xidməti ev deyil. Bu mənzillər hazırda xidməti ev kimidir və yaxın müddətdə mənzil sahiblərinə “kupça”lar veriləcək. Heç bir ev geri qaytarıla bilməz. Bu, Prezidentin jurnalistlərə hədiyyəsidir”.

13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı
28 Oktyabr 2019 Prezidentdən yeni - SƏRƏNCAM
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
23 Oktyabr 2019 Prezident: “Bəzi hallarda dövlət məmurları haqsız rəqabət aparırlar”
22 Oktyabr 2019 Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi - “Hamı münasibət bildirsin”
21 Oktyabr 2019 Baş Prokurorluq: Polis əməkdaşları hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verməyib
17 Oktyabr 2019 Prezidentin iradları və NONSES: Hörmətli nazir, eşitdiniz? – Müşavirəyə jurnalistikadan baxış
16 Oktyabr 2019 Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
14 Oktyabr 2019 Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır
11 Oktyabr 2019 Prezidentin köməkçisi: "Azərbaycanın seçki sistemi dünya üçün nümunədir"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 “Mən başqa tədbirdə də Paşinyana cavab verə bilərdim” - İlham Əliyev