b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddsdsddfdfdfdf.JPG

Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir.

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham ƏliyevBakının Yasamal rayonunda DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşdə deyib.

O bildirib ki, DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır.

“Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq”.

Dövlət başçısı qeyd edib ki, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir:

“Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaq”.

21 May 2019 Göygöl rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTO
21 May 2019 İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"
21 May 2019 Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI
20 May 2019 Mahirdən soyadı ilə bağlı növbəti addım - FOTO
20 May 2019 Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda - FOTOLAR
20 May 2019 Prezidentin Brüssel səfəri: Avropa İttifaqı Azərbaycanla ittifaqdan məmnundur – SƏBUHİ MƏMMƏDLİ YAZIR
20 May 2019 İŞİD 14 ölkəyə terrorçu göndərdi – Siyahıda Azərbaycan da varmı? - VİDEO
19 May 2019 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19 May 2019 "Brüssel səfəri göstərdi ki, İlham Əliyev milli maraqları heç nəyə qurban vermir" - Ramin Əhmədov
18 May 2019 Prezidentin Brüssel səfəri – gücün diqtəsi və sarsılmaz milli mövqe
18 May 2019 Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
17 May 2019 Putin Rusiyanın əsas silahını açıqladı
17 May 2019 “Green Card” sistemi dəyişir - Rəsmi
17 May 2019 Bakıda sürücü keçiddə piyadaları belə vurdu - VİDEO
17 May 2019 ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu
16 May 2019 Prezident bu şəxsə “Şöhrət” ordeni verdi - FOTO
16 May 2019 Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 Dilarə və İslamdan qeyri-adi BACARIQ - VİDEO
15 May 2019 Prezident Bakı Ekspo Mərkəzində
15 May 2019 Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO